Zimmer qalası

Zimmer qülləsi ( nid. Zimmertoren Zimmertoren, həmdə Kornelius Tower Corneliustoren ) - əvvəllər şəhər istehkamlarınndan biri olmuş, Lier şəhərində (Belçika) yerləşən, orta əsrlərə aid müdafiə qalası.

Zimmer qalası
Zimmer qülləsi
Zimmertoren
Əsası qoyulub 1425
Ölkə
Ünvan Zimmerplein 16
İş rejimi 09:00-12:00, 13:30-17:30
51°07′45″ şm. e. 4°34′11″ ş. u.
http://www.zimmertoren.com/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qüllə təxminən 1425-ci ildə tikilib (tikintinin dəqiq tarixi məlum deyil). 1812-ci ildə tikili şəhər rəhbərliyi tərəfindən satılmış, lakin Birinci Dünya Müharibəsindən sonra onu sökmək üçün geri alınmışdır. Ancaq 1928-ci ildə saatsaz Luis Zimmer şəhərə özünün düzəltdiyi yubiley saatını hədiyyə edir ( nid. Jubelklok Jubelklok ) əsərinin. Bu saat bütün qitələrdəki vaxtı , ayın fazalarını, Qabarma və çəkilmənin vaxtını və bir çox digər dövri hadisələri göstərirdi. Saatı köhnə qüllədə yerləşdirməyə qərar verdilər. Lakin qüllə bunun üçün əsaslı şəkildə yenidən qurulmalı idi.Saatsazın şərəfinə tikili Zimmer qülləsi adlandırıldı.

Saatda 57 siferblat var (onlardan 13-ü qüllənin kənarında yerləşir).

1960-cı ildə, qüllənin yaxınlığında yeni saatlar üçün pavilyon tikildi. nid. Wonderklok - Möcüzə Saatı ( nid. Wonderklok Wonderklok ) adlnana pavilyon əsl şah əsəri hesab olunur. (Möcüzə Saatı özü 1935-ci ildə Brüsseldə Ümumdünya Sərgisi üçün hazırlanmışdır; sonradan ABŞ-da nümayiş edildi). Dünyanın ən yavaş əqrəbi bu saatın siferblatlarının birinin ətrafında hərəkət edir - onun tam dövrü 25800 il çəkəcəkdir, bu isə yer oxunun pressesiya dövrünə uyğun gəlir. Nəticədə Zimmer saata mexaniki bir planetari əlavə etdi.

Möcüzə saat Zimmeri bu heyrətamiz mexanizmi yaratması münasibətilə təbrik edən Eynşteyni də heyran etmişdi.

1980-ci ildə qüllə dövlət tərəfindən qorunan abidə statusu aldı.

Qüllənin aşağısında səthində metal dairə və halqaların köməyi ilə günəş sisteminin diaqramı təsvir edilən meydança yerləşir (dairələr Günəşi və planetləri, halqalar - planetlərin orbitlərini göstərir). Doqquz "adi" planetdən əlavə, bu diaqramda kiçik Feliks (№1664 -1929-cu ildə kəşf edilmiş) və Zimmer (№ 3064- 1984-cü ildə kəşf edlmiş) planetlərinin adları da qeyd edilmişdir (birincisi - Lier şəhərindən olan yazıçı Feliks Timmermansın, ikincisi - saatsaz Luis Zimmerin şərəfinə).

Hazırda Zimmer qülləsi və Möcüzə saatların olduğu pavilyon muzeydir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.