Zic
Zic (fars. زيج) — günəşin, ayın, ulduzların və planetlərin mövqelərinin astronomik hesablamaları üçün istifadə olunan parametrləri cədvəlləşdirən islam astronomik kitabı.
![](../I/SanjufiniZij1.jpg.webp)
Səmərqənd astronomu Xoca Qazi Səncufini tərəfindən 1363-cü ildə tərtib edilmiş "Səncufini zici".
Etimologiya
"Zic" adı Pəhləvi dilindəki "zih" terminindən götürülmüşdür. Bu terminin toxuculuqda sapların düzülüşünə aid olduğu güman edilir. Bu da cədvəlləşdirilmiş məlumatlarda sətirlərin və sütunların düzülüşünə köçürülmüşdür. Belə kitablardan bəziləri "qanun" deyilir. Bu söz yunanca "κανών" sözündən əmələ gəlmişdir.[1]
İstinadlar
- Kennedy, Edward Stewart. Islamic Astronomical Tables. American Philosophical Society. 1956. ISBN 9780871694621. İstifadə tarixi: 29 September 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.