Zeytə

Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]

kənd
Zeytə
39°40′55″ şm. e. 45°23′30″ ş. u.
Ölkə  Ermənistan
Region [[Dərələyəz mahalı]]
Rayon [[Paşalı rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 141 nəf. (2011)[1]
Rəsmi dili
Zeytə xəritədə
Zeytə
Zeytə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir[3]. «İrəvan əyalətinin icmal dəftəri»ndə[4] qeyd edilmişdir.

Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 34 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 228 nəfər azərbaycanlı yaşamışdır[5].

1988-ci ilin noyabr ayında Ermənistan dövləti kəndin sakinlərini deportasiya etmişdir. İndi ermənilər yaşayır.

Zeytədə 1918-ci ildə Japonun daşnak qaniçənləri 580 nəfərlik bu kəndi darmadagın etmiş, əhalinin böyük qismi məhv edilmişdir. Qaçıb qurtaran insanlar Naxçıvana sıgınmışlar. 1922-ci ildə 34 adam öz dogma evinə dönmüşdür.[6]

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89, 158-159
  6. Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.