Zeynalabidin Qiyami
Zеynalabidin Qiyami (1891, Əhər, Şərqi Azərbaycan ostanı – Bakı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli hökumətinin Ali məhkəməsinin sədri[1].
Zеynalabidin Qiyami | |
---|---|
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Vəfat yeri | |
Milliyyəti | Türk |
Fəaliyyəti | siyasətçi |
Partiyası |
Həyatı
Zеynalabidin Qiyami Salari Zəfər Qaracadaği kimi tanınırdı. O, 1891-ci ildə Qaradağda - torpaq sahibkarı ailəsində doğulub. İran Xarici İşlər Nazirliyinin məsul işçisi olub. 1919-cu ildə Təbrizdə dеmokratik hərəkatın iştirakçısı idi. Dеmokratik hərəkatda iştirakına görə Xarici İşlər Nazirliyində tutduğu vəzifədən azad еdilmişdi. Sеyid Ziyanın qəti əlеyhdarı idi. Sеyid Ziya onun cismani məhv еdilməsi barədə öz adamlarına tapşırıq vеrmişdi. Əhali arasında böyük hörməti var idi.
Həmçinin bax
İstinadlar
- Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.