Zeynalabdin Mövsümov

Zeynalabdin Mövsümov (azərb. Mövsümov Zeynalabdin Rəsul oğlu) — Azərbaycan Milli Elmlər Akdemiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mineral gübrələr və mikroelemetlər laboratoriyasının rəhbəri, kənd təsərrüfatı elmlər doktoru, professor, İkinci dünya müharibəsinin veteranı. Zeynalabdin Mövsümovun azərbaycan, rusingilis dillərində dövrü mətbuatda, eləcə də ayrı-ayrı külliyatlarda, monoqrafiyalarda və aqrokimya sahəsində yazılmış məlumat kitabları və populyar səpgidə yazdığı kitabça və məqalələri mövcuddur.[1][2][3]

Zeynalabdin Mövsümov
azərb. Mövsümov Zeynalabdin Rəsul oğlu
Doğum tarixi
Doğum yeri Dırnıs, Naxçıvan MSSR
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Kənd təsərrüfatı
Elmi dərəcəsi Kənd təsərrüfatı elmləri doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Universiteti
Tanınır Azərbaycanın müxtəlif bölgələri şəraitində becərilən bitkilərin elmi cəhətdən əsaslandırılmış gübrə sistemləri, qida rejimləri müəyyən edilmiş və kompleks gübrələmə sistemləri işlənmişdir.
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"Yaponiya üzərində qələbəyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Həyatı

Mövsümov Zeynalabdin Rəsul oğlu 1925-ci ilin 21 dekabr tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1931-1938-ci illərdə Dırnıs kənd natamam orta məktəbində təhsil alıb. 1938-1941-ci illərdə Ordubad Pedaqoji texnimunda təhsil almışdır. Əmək fəaliyyətinə 1941-ci ildə başlayaraq, 1942-ci ilə qədər NMR Culfa rayonu rabitə şöbəsində böyük teleqrafçı kimi çalışmışdır.[2]

Üçüncü Reyxin 1941-ci ildə Sovet Sosialist Respublikaları İttifaqına qarşı müharibə başlamasından sonra cəbhə bölgəsinə yollanmış və burada müxtəlif diviziya və taborların tərkibində döyüşmüşdür. 1942-ci ilin 18 avqust tarixində Sovet ordusunun sıralarında 416-cı milli atıcı diviziyanın və 1198-ci xüsusi taborun tərkibində aparılan döyüşlərdə fəallığı ilə seçilən Zeynalabdin Mövsümov müharibə dönəmində və sonrasında müxtəlif orden və mükafatlarla təltif edilmişdir.

1942-ci ilin 22 noyabr tarixində döyüşdə yaralandıqdan sonra Maxaçqala şəhərində yerləşən hərbi hospitalda müalicə olunmuşdur. 1943-cü ildə yenidən ordu sıralarına qayıdıb, Şimali Qafqazdan Şərqi Prussiyanın Keniksberq (indiki Kalininqrad) şəhərinə kimi getmişdir. 1944-cü ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən əlaçı rabitəçi döş nişanı ilə təltif edilmişdir. 1945-ci ildə Qafqazın alman faşistlərindən azad edilməsində bilavasitə iştirakına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilmişdir.

Müharibədə göstərdiyi şücaətlərə görə "Döyüş xidmətlərinə görə" medalı ilə də təltif edilmişdir. Mövsümov Berlin əməliyyatından sonra 1945-ci ilin 9 may tarixində "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilən azərbaycanlı döyüşçülərdən biridir.

1945-ci ilin aprel ayında artıq alman faşistləri üzərində qələbə yaxınlaşırdı. Bu zaman SSRİ-nin Yaponiya ilə mümkün müharibə təhlükəsi meydana çıxmışdır. Zeynalabdin Mövsümovun vuruşduğu hərbi birləşmə uzaq şərq ordusu tərkibində, Yaponiya ilə döyüşə göndərilir. Uzun müddətdir ki, gözlənilən qələbə xəbərini gənc döyüşçü Xabarovsk şəhərində eşidir və 9 may qələbə bayramınıda həmin şəhərdə keçirir.[2]

1945-ci ilin sentyabr ayında yapon militaristləri üzərində qələbə çalındıqdan sonra Sovet ordusu sıralarından tərxis edilməyə başlamaq haqqında fərman verilsə də, bu fərman Uzaq Şərq ordusu sıralarına şamil edilmir və Zeynalabdin Mövsümov yalnız 1946-cı ilin 26 aprel ayında ordu sıralarından tərxis edilib vətənə qayıdır.

Elmi praktiki və pedoqoji fəaliyyəti

1946-cı ilin may ayından 1947-ci ilin avqust ayına kimi Ordubad rayonunun Dırnıs Stalin adına kolxozda hesabdar müavini vəzifəsində işləmişdir. 1947-ci ildə Bakı şəhərinə gələrək Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya faklutəsinə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək həmin faklutəyə qəbul olunur.[1]

Elmi-Təhqiqat işlərinə böyük marağının görən onun ixtisas aldığı bitki fiziologiyası kafedrasının rəhbəri akademik Müzəffər Abutalıbovun təklifi ilə o faklutə tələbə elmi cəmiyyətinin sədri seçilir. Mövsümovun elmi praktiki və pedoqoji fəaliyyətidə müharibədən sonrakı illərə təsadüf edir. 1952-ci ildə unversiteti fərqlənmə diplomu ilə bitirdiyinə görə biologiya faklutəsinin elmi şurası onun aspiranturaya daxil olması üçün təqdimat verir.[2]

Zeynalabdin Mövsümov Böyük Vətən müharibəsində. (sağdan birinci)

Həmin il o, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutuna göndəriş alır və 15 iyul 1952-ci ildə həmin institutda kiçik elmi işçi vəzifəsinə qəbul olunur. 1952-1956-cı illərdə Lənkəran bölgəsi keçmiş SSRİ məkanında Gürcüstandan sonra ikinci çayçılıq bazası sayılırdı. Ona görə də çay bitkisi Azərbaycan üçün aparıcı, eyni zamanda strateji əhəmiyyətli kənd təsərrüfatı bitkisi idi. Onun məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması ən mühüm elmi problemlərdən biri kimi qəbul olnumuşdur.

1952-1956-cı illərdə Zeynalabdin Mövsümov apardığı təcrübələrin nəticələrini yekunlaşdıraraq namizədlik dissertasiyası yazmışdır. 1956-cı ildə Respublikada dissertasiya müdafiə etmək üçün elmi şura olmadığından həmin mövzuda yazdığı dissertasiyanı Rusiya Sovet Federativ Sosialist Respublikasının Stalinqrad (indiki Volqoqrad) kənd təsərrüfatı institutunun elmi şurasında müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyasının 24 aprel 1957-ci il tarixli qərarı ilə ona kənd təsərrüfatı elmləri alimlik dərəcəsi verilmişdir.[1]

1967-ci ildə alimin Azərbaycanın bəzi torpaqlarında azotun dinamikası və effektivliyi monoqrafiyası işıq üzü görür. Mövsümov həmişə azot kübrələrinin effektivliyinin və bitkilərin onların mənimsəmə əmsalının artırılmasının yeni-yeni metodlarının axtarışında olmuşdur. O, 1994-cü ildə öz tələbəsi Ağayevlə birlikdə Mədəni bitkilərdə nitratın toplanması əsərini çap etdirmişdir. Zeynalabdin Mövsümov uzun müddət müdafiə üzrə ixtisasaşdırılmış elmi şuranın sədr müavini, sədri, Prezident yanında AAK-nın ekspert komissiyasının üzvü olmuşdur.[3]

Professorun bir çox xarici ölkələrin, o cümlədən Almaniya Demokratik Respublikası, Türkiyə, Rusiya, FransaTailand alimləri ilə sıx elmi əlaqələri mövcud idi. Professor Z.Mövsümov 1978-ci ildən 2007-ci ilə qədər torpaqşünaslıq və aqrokimya sahəsində 20-dən çox namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə bir sıra mütəxəssisin elmi rəhbəri olmuşdur.

O, Azərbaycan EA-nın Məruzələri, Azərbaycan EA-nın Xəbərləri, Aqrokimya, Azərbaycanın kənd təsərrüfatı xəbərləri jurnallarına məqalələrlə fəal çıxış edirdi. Əmək fəaliyyətindəki uğurlarına görə alim "Şərəf nişanı" ordeni, "Əmək rəşadətinə görə", "Əmək veteranı" medalları, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanları ilə təltif olunmuşdur. Elm ictimaiyyəti 2010-cu ildə Azərbaycanın qocaman aqrokimyaçı aliminin anadan olmasının 85 illik yubleyini qeyd etmişdir. Zeynalabdin Mövsümov 2015-ci ilin 1 oktyabr tarixində Bakı şəhərində vəfat etmişdir.[3]

Elmi əsərlərinin biblioqrafiyası

Elmi əsərlərinin adları

  • Azərbaycanın bəzi torpaqlarında azotun dinamikası və səmərəliliyi. Bakı, "Elm", 1967; 9 çar.v.
  • Karbonatlı torpaqlara verilən gübrələrdən azotun amonyak şəklində itkiləri. (rus dilində) Aqrokimya jurnalı .№5,1969, 0,3, çar.v.
  • Azot Azərbaycan əkinçiliyində. Bakı, "Elm", 1978, 12 çar v.
  • Bitki məhsullarında nitratlar və onların toplanmasının aqroekoloji şəraiti. Azərb.SSR EA Xəbərləri jurnalı, biologiya seriyası №3, 1987; 0,3, çar.v
  • Nitratların bitki məhsullarında toplanması. Bakı, "Elm", 3 çar v.6.

Mükafatlar

İstinadlar

  1. science.gov.az. "AMEA / Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmlər doktorları / Mövsümov Zeynalabdin Rəsul oğlu" (Azərbaycan dili). Azərbaycan Milli Elmlər Akademiyası. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-11.
  2. Zeynalabdin Rəsul oğlu Mövsümov - Biblioqrafiya. Elm və təhsil nəşriyyatı: AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu. 2008.
  3. Georgi Zapletin. Vətənə və elmə xidmət etdilər..: Kitabda 1941-1945-ci illər Böyük Vətən müharibəsində mərdliklə vuruşmuş Azərbaycan Elmlər Akademiyasının gələcək akademik və müxbir üzvlərinin döyüş yollarıdan söhbət açılır. Kitabın ikinci hissəsi düşmən üzərində qələbə çalınmasından böyük xidmətlər göstərmiş, institutlarda, elmi laboratoriyalarda çalışmış alimlərə həsr olunmuşdur. 2012. (#apostrophe_markup)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.