Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev (tam adı: Zeynal Səfər oğlu Nağdəliyev; 5 noyabr 1957, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru.
Zeynal Nağdəliyev | |
---|---|
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri | |
Vəzifədədir | |
31 may 2017-ci ildən | |
Əvvəlki | vəzifə təsis edilib |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini | |
29 noyabr 2012-ci il – 30 may 2017-ci il | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri | |
14 dekabr 2005 – 30 may 2017-ci il | |
Əvvəlki | Yusif Hümbətov |
Sonrakı | vəzifə ləğv olunub |
14 aprel 2003 – 14 dekabr 2005 | |
Əvvəlki | Yaşar Rzayev |
Sonrakı | Süleyman Mikayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1957 (66 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri |
Həyatı
Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982–1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.
1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmləri namizədi, 2000-ci ildə isə tarix elmləri doktoru alimlik dərəcəsi alıb.
Zeynal Nağdəliyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında dördüncü sırada olmuşdur.[1] ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Zeynal Nağdəliyev isə deputat seçilə bilməmişdir.[2]
2003–2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.
2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[3]. 2017-ci ilin noyabr ayında Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ailələlidir, iki övladı var.[4]
Əmək fəaliyyəti
- 05.04.1981–27.08.1982, 55 nömrəli texniki-peşə məktəbinin komsomol komitəsi, Katib
- 30.08.1982–24.11.1984, Azərbaycan LKGİ MK, Təlimatçı
- 24.11.1985–03.04.1986, Azərbaycan LKGİ Əzizbəyov rayon komitəsi, Birinci katib
- 03.04.1986–27.02.1987, Azərbaycan LKGİ MK-nın İdman, hərbi-kütləvi işlər şöbəsi, Müdir
- 27.02.1987–24.07.1990, Azərbaycan LKGİ-nin Təşkilat-kadr işləri şöbəsi, Müdir
- 24.07.1990–14.09.1991, Azərbaycan LKGİ MK, Katib
- 14.09.1991–01.04.1994, Azərbaycan Gənclər Təşkilatının Mərkəzi Komitəsi, Katib
- 05.03.2001–23.04.2003, Ümumrusiya Azərbaycan Konqresi, İcraçı direktor
- 14.04.2003–14.12.2005, Lənkəran şəhəri İcra hakimiyyəti, Başçı
- 14.12.2005–30.05.2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Müdir
- 29.11.2012–30.05.2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini
- 31.05.2017 — h/h, Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi — şöbə müdiri
İstinadlar
- modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
- PREZİDENT DÖVLƏT QULLUQÇULARINI TƏLTİF EDİB (Siyahı)
- "Z.S.Nağdəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
Xarici keçidlər
- Xaqani Səfəroğlu. "Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ" (az.). modern.az. 10.04.2012. İstifadə tarixi: 2015-05-27.