Zeynal Cabbarzadə

Cabbarov Zeynal Əliabbas oğlu (31 dekabr 1920, Bakı20 yanvar 1977, Bakı) — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970).

Zeynal Cabbarzadə
Zeynal Əliabbas oğlu Cabbarzadə
Doğum tarixi 31 dekabr 1920(1920-12-31)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1977(1977-01-20) (56 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti şair, yazıçı, publisist
Fəaliyyət illəri 1941-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
Janrlar lirika, şeir
İlk əsəri «Puşkin» (1937)
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1970
"Əməkdə fərqlənməyə görə" medalı  — 1959

Həyatı

Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940)[1]. 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.

İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.

Bakıda Zeynal Cabbarzadə 1959-cu ildən 1977-ci ilədək yaşamış olduğu evin divarında xatirə lövhəsi. Heykəltəraş Natiq Əliyev

Yaradıcılığı

Kiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun "Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıman"da cəbhə şeirləri toplanmışdır (1946). Xidmətlərinə görə bir sıra medal və Fəxri fərmanlarla təltif edilmişdir.

1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.

Əsərləri

  1. Xanıman. Bakı: Azərnəşr, 1946, 56 səh.
  2. Əfzələddin və şah. Bakı: Uşaqgəncnəşr, 1947, 16 səh.
  3. Şerlər. Bakı: Uşaqgəncnəşr, 1950, 20 səh.
  4. Çinar. Bakı: Uşaqgəncnəşr, 1952, 86 səh.
  5. Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1954, 76 səh.
  6. Dnepr sahillərində. Bakı: Uşaqgəncnəşr, 1956, 58 səh.
  7. Arzular. Bakı: Azərnəşr, 1958, 120 səh.
  8. Yaylaqda. Bakı: Azərnəşr, 1960, 100 səh.
  9. Sizin səsiniz. Bakı: Azərnəşr, 1963, 86 səh.
  10. Məni bağışlayın. Bakı: Azərnəşr, 1965, 124 səh.
  11. Dostum, gəl sözə bax. Bakı: Azərnəşr, 1966, 382 səh.
  12. Bizim metro. Bakı: Gənclik, 1968, 24 səh.
  13. Güllər (şeirlər, nəğmələr, poemalar). Bakı: Azərnəşr, 1974, 224 səh.
  14. Uca dağ başında. Bakı: Gənclik, 1980, 222 səh.
  15. Bizim dünya. Bakə: Yazıçı, 1985, 160 səh.
  16. Atasının oğlu (şeirlər və poemalar). Bakə: Gənclik, 1986, 72 səh.

Şeirlərinə yazılmış mahnılar

Uşaq mahnılar

Filmoqrafiya

  1. Səadət yolu ilə (film, 1956)
  2. Ulduz (film, 1964)
  3. Əbədi qardaşıq (film, 1965)
  4. Bakıda küləklər əsir (film, 1974)
  5. Görüş (film, 1955)
  6. Bizim Cəbiş müəllim (film, 1969)
  7. Telefonçu qız (film, 1962)
  8. Ögey ana (film, 1958)
  9. Koroğlu (film, 1960)

İstinadlar

  1. Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 92. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.