Zeynal Abdullayev
Zeynal Səlim oğlu Abdullayev (7 mart 1969, Qoşabulaq, Basarkeçər rayonu – 1994, Alxanlı, Füzuli rayonu) — Azərbaycanlı şəhid
Zeynal Abdullayev | |
---|---|
Zeynal Səlim oğlu Abdullayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 mart 1969 |
Doğum yeri | |
Vəfat tarixi | 1994 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Atası | Səlim Abdullayev |
Anası | Gülüstan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | A.R. Silahlı Qüvvələri |
Həyatı
Zeynal Abdullayev 7 mart 1969-cu ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. Kalvalılar nəslindəndir. Xəstə Bayraməlinin bacısının oğul nəvəsidir.
1987-ci ildə Çita vilayətinin Krasnovodski şəhərində hərbi xidmətdə olub.
1988-ci ildən Xanlar rayonunun Göyçəkənd kəndində məskunlaşıb.
Füzulidə yaxşı döyüşçü kimi tanınıb və bölmə komandiri olub.
1994-cü ildə Füzulinin Alxanlı kəndində minaya düşərək şəhid olub.
Xanlar rayon şəhidlər xiyabanında dəfn olunub.[1]
İstinadlar
- Ziyəddin Məhərrəmov, "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu-2001. 226–227 səh. ("Ölməzlik")
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.