Zeynalağalı

Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd.[2]

kənd
Zeynalağalı
40°30′30″ şm. e. 44°58′44″ ş. u.
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Sevan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.931 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 516 nəf. (2011)[1]
Rəsmi dili
Zeynalağalı xəritədə
Zeynalağalı
Zeynalağalı

Tarixi

Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.

1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır.

Əhalisi

Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır[3].

1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermənilər yerləşdirilmişdir. Azərbaycanlılar XX əsrin əvvəllərində (1905–1906-cı illərdə) kənddən qovulmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.16–17, 100–101)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.