Zeynəddin Qəzvini

Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi.

Həyatı

Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının "Tarixi-qozide" əsərinə 1341–1392-ci illərdə Azərbaycandaİranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, "XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V. V. Bartold bu dövrü "Fars (İran) tarixşünaslığının qızıl əsrləri" adlandırmışdır".[1]

1341–1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini "Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.[2]

İstinadlar

  1. Бартольд В.В.Мусульманский мир. II д., 1922, с. 51;
  2. Zeynəddin bin Həmdullah Qəzvini, Zeyl-e tarix-e qozide, Bakı, "Elm", 1990, 212 səh.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.