Zeynəb binti Cəhş

Zeynəb binti Cəhş (ərəb. زينب بنت جحش; 592, Məkkə642[1], Mədinə[2]) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.

Zeynəb binti Cəhş
ərəb. زَيْنَبُ بِنْتُ جَحْشِ
Doğum tarixi 592
Doğum yeri
Vəfat tarixi 642[1]
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

O, Qureyş qəbiləsinin Əsəd qolundan olmuşdur. Onun atasının adı Cəhş ibn Riab ibn Yəmərə ibn Səbra ibn Murra ibn Əsəd ibn Xuzeymə, anası isə Umeymə bint Əbdülmütəllib ibn Haşimdir.

Zeynəb binti Cəhş ilk müsəlman qadınlardan biridir. O, Məhəmməd peyğəmbərin peyğəmbərliyinin başlamasından təxminən 20 il əvvəl anadan olmuşdur. Doğulanda onun adı Bərra olmuşdur, lakin Məhəmməd peyğəmbər ona yeni ad - Zeynəb adını verir.

Zeynəb subay qız ikən Mədinəyə ilk köçənlər arasında olur. Məhəmməd peyğəmbər onun azad edilmiş qul olan Zeyd ibn Haris ilə evləndirmək istəyir. Cahiliyyə dövrünün adətlərinə görə azad bir qadın keçmiş qulla evlənə bilməzdi. Zeynəb və qardaşları bu evliliyə qarşı idilər, lakin Əhzab surəsinin 36-cı ayəsi nazil olduqdan sonra o, bu evliliyə razı olur. Zeyd ibn Harisə ilə evliliyi uğurlu olmur və Zeyd arvadını boşamağa qərar verir. Məhəmməd peyğəmbərin bütün nəsihətlərinə baxmayaraq, bir ildən sonra onlar boşanır.

Məhəmməd peyğəmbər bu evliliyin pozulmasından çox kədərlənir. O, Zeynəbi evləndirməklə vəziyyəti düzəltməyə çalışsa da, övladlığa götürdüyü oğlunun keçmiş arvadı ilə evlənməyi qadağan edən cahiliyyət dövrünün adətləri buna imkan vermir. Lakin bu zaman bu adəti ləğv edən və eyni zamanda övladlığa götürülmüş uşaqların qəyyumlarının adı ilə adlandırılmasını qadağan edən ayələr nazil edilmişdir. Bundan sonra hicrətin 5-ci ilində Məhəmməd peyğəmbər Zeynəb binti Cəhşlə evlənir.

Zeynəb zəhmətkeş, fəzilətli və dindar bir qadın olur. O, vaxtının çoxunu namaza və oruc tutmağa sərf edir. Zeynəb binti Cəhş 53 yaşında Mədinədə vəfat edir. O, Məhəmməd peyğəmbərin vəfatından sonra dünyasını dəyişən ilk həyat yoldaşı olur. Zeynəb hicrətin 20-ci ilində 53 yaşında ikən ölmüşdür[3]. Cənazə namazını Ömər ibn Xəttab qıldırmışdır.[2] Zeynəb binti Cəhş Məhəmməddən 11 hədis rəvayət etmişdir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.