Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة; 595[1], Məkkə[1] – 625[2][3], Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.
Zeynəb bint Hüzeymə | |
---|---|
Doğum tarixi | 595[1] |
Doğum yeri | |
Vəfat tarixi | 625[2][3] |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı.
Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan
624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir. Qan tökülməsinin qarşısını almaq üçün Məhəmməd peyğəmbər də bu qəbilənin nümayəndəsi olan Zeynəblə evlənməyə qərar verir. Onların evliliyi 625-ci ildə baş tutur. Toydan bir neçə ay sonra Zeynəb dünyasını dəyişir. O, fəzilətli və mömin bir qadın olur, çox vaxt namaz qılar və bol-bol sədəqə verərdi. Ailə qurarkən Zeynəbin 30 yaşı olmuşdur. Övladı olmamış və peyğəmbərdən hədis nəql etməmişdir. Həzrət Xədicədən sonra Məhəmmədin ikinci vəfat edən zövcəsidir. Cənazə namazını Rəsulullah özü qıldırmış və Bəqi qəbiristanlığında dəfn etmişdir.
İstinadlar
- Zaynab bint Khuzayma // WikiTree (ing.). 2005.
- Али-заде А. Зайнаб бинт Хузайма (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
- Türkiye Diyanet Vakfı ZAYNEB bint HUZEYME // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (türk.). Ankara: Türkiye Diyanet Vakfı.