Zeya çayı

Zeya (Evenk dilində "ce" — "ülgüç") — Amur çayının hövzəsinə daxil olan iri çay. İstər dərinliyi istərsə gursululuğuna görə çay özünün mənsəbi olan Amurdan böyükdür. Çay bütünlüklə Amur vilayəti ərazisindən keçir. O Blaqoveşensk rayonu ərazisində Amura tökülür. Çayın yuxarı axarları boyunca Zeya qoruğu yerləşir (830 km² ərazidə).

Zeya çayı
Зея
结雅
ᠵᡳᠩᡴᡳᡵᡳ ᠪᡳᡵᠠ
rus. Зея
rus. Зея
Ölkə  Rusiya
Mənbəyi  
  Yüksəkliyi 1900 m
Mənsəbi Amur çayı
Uzunluğu 1242km
Su sərfi 1.910 m³/s
Hövzəsinin sahəsi 233000 km²
Zeya çayı (Rusiya)
mənbəyi
mənsəbi
Zeya Rusiyanın fiziki xəritəsində:

55°55′55″ şm. e. 130°23′19″ ş. u.

50°14′31″ şm. e. 127°35′52″ ş. u.
DSR 20030400112118100022394
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zeya SES tikilənə qədər gursululuq dövründə tez-tez güçlü daşqınlar baş verirdi. Burada hazırda Kaskad SES fəaliyyət göstərir.

Əsas məlumatlar

Zeyanın hövzəsi

Çayın uzunluğu 1242 km, su toplama sahəsi 233 000 km² təşkil edir.

Öz başlanğıcını Tonkiy Stanovik adlı yerdən Stanovo silsiləsindən götürür. Başlanğıcdan Selemca çayının töküldüyü əraziyə qədər dağlıq ərazilərdən axır. Bu hissədə dərin dərələrlə hərəkət edir. Selemca cayının töküldüyü yerdən isə artıq düzənliyə çıxır. Çay naviqasiya üçün mənsəbdən Zeya şəhərinin yerləşdiyi əraziyə qədər yararlıdır. Mu məsafə cəmi 650 km təşkil edir. Zeya SES tiikilənə qədər gəmilər hətta Bompaq qəsəbəsinə qədər belə gedə bilirdilər.

Hidrologiyası

Çayın qidalanmasının əsasını 50–70 % yağış suları, 10–20% qar suları, 10–30 % yeraltı sular təşkil edir. Çayın ən dərin yeri 60 metr, ən enli yeri isə 4 km-dir. Uzaq şərqdə çayın gursululuq dövrü 20–30 gün davam edir. Bomnak qəsəbəsində çayı orta illik sərfiyyatı (1936–1983)[1]

Qolları

Çaya 300000 mənbədən su axır. Bu axınlar arasında 43-nün uzunluğu 100 km-dən çoxdur. Onlar arasında xüsusi ilə Selemca çayı 647 km məsafəyə və 70,900 km² höxzəyə malikdir.

Зея в Благовещенске

Əsas qolları

  • 21 km: İvanovka (sol)
  • 110 km: Tom (sol)
  • 284 km: Selemca (sol)
  • 447 km: Tıqda (sağ)
  • 485 km: Dep (sağ)
  • 588 km: Urkan (sağ)
  • 680 km: Qilyayoya (sağ)
  • 791 km: Bryonta (sağ)
  • 837 km: Mulmuqa (sağ)
  • 878 km: Urkan (sol)
  • 939 km: Aqri (sol)
  • 946 km: Tok (sol)
  • 1073 km: Kupuri (sol)

Yaşayış məntəqələri

    • Zeya şəhəri:
    • Nikolayevka;
    • Ssnovıy Bor;
    • Aleksandrovka;
    • Ovsyanka;
    • Berezovka;
    • Alqaç;
    • Çalbaçi;
    • Sian;
    • Umlekan;
  • NovoKiyevski Uval:
    • Zaqan;
    • Jeltoyrovo;
    • Popovka;
    • Malçanovo
  • Svobodnıy:
    • Bardaqon;
    • Arqa;
    • Novqorodka;
    • Bolşaya Sazanka;
    • Malaya Sazanka;
    • Voronja;

Körpülər

  • Blaqoveşensk şəhəri yaxınlığında yerləşən avtomobil körpüsü.
  • Beloqre kəndində yerləşən dəmir yolu körpüsü.
  • Svobodnıyda iki dəmiryolu körpüsü.
  • Krasnoyarovda avtomobil körpüsü. (Амурская область)|Красноярово]]
  • Zeya avtomobil körpüsü.
  • Verxnezeyvsk və Qornıy qəsəbələri arasında dəmiryolu körpüsü.

İstinadlar

Ədəbiyyat

  • Гидроэкологический мониторинг зоны влияния Зейского гидроузла. — Хабаровск: ДВО РАН, 2010. — 354 с. ISBN 978-5-7442-1458-6
  • Мина М. В. Материалы по ихтиофауне реки Зеи // Научные доклады высшей школы. Биологические науки. 1962. № 4. С. 33–37.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.