Zenta döyüşü

Zenta döyüşüOsmanlı İmperiyası ilə Avstriya ordusu arasında 11 iyul 1697-ci ildə Tisa çayı sahilindəki Zentada baş verən və Osmanlıların məğlubiyyəti ilə nəticələnən döyüş. Osmanlı-Müqəddəs İttifaq müharibələrinin son əhəmiyyətli toqquşması olan bu döyüşün ardınca 1699-cu ildə Karlovitsa müqaviləsi imzalanmışdır.

Zenta döyüşü
Avstriya hersoqluğu
Tarix 11 iyul, 1697
Yeri Avstriya, Tisa çayı
Nəticəsi Osmanlı İmperiyasının ağır məğlubiyyəti
Münaqişə tərəfləri

bilinmir

Osmanlı imperiyası

Komandan(lar)

Prens Eugene

II Mustafa

Tərəflərin qüvvəsi

30 - 50.000

100.000

İtkilər

bilinmir

30.000

429
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Hazırlıqlar

    1695–1696-cı illərdə Avstriyaya qarşı iki səfərə çıxan Sultan II Mustafa, bu ölkəyə üçüncü bir səfərlə böyük bir zərbə endirmək istəyirdi. 1697-ci ildə Avstriya uzun müddətdir icra etməkdə olduğu və Fransaya qarşı döyüşdüyü 9 İl Müharibələrini bitirmiş və Osmanlı dövlətinə sülh təklifi göndərişdi. Bu zaman ölən Yan III Sobieskinin yerinə Lehistan taxtına Saksoniya Frederick keçmişdi, onun yerinə, yəni Avstriya ordusunun başına, Fransız əsilli bacarıqlı komandan Prens Eugene gətirilmişdi. II Mustafa sülh təklifini rədd etmiş, Avstriyaya üçüncü yürüş üçün hazırlıqları başlamışdı.

    18 apreldə Sultan II Mustafa 100 min nəfərlik bir qüvvəylə üçüncü yürüşünə çıxdı. Yolda olarkən kiçik bir Avstriya dəstəsinin Bihke Qalası önündə məğlubiyyətə uğradığı və və Herseqovinada Venesiyalıların geri çəkildiyi xəbərləri ordunun əhvalını yüksəltdi.

    11 avqustda Belqrada gələn padşah ordu komandirlər ilə 12 avqustda bir ali hərbi məclisi topladı. Məclisdə iki əsas məsələ ortaya çıxdı. Ya Tezisə üzərindən Varadinə keçiləcək, ya da Tisadan qarşıya geçiləcəkdi. Amcazadə Hüseyn Paşa -"Üç dəfədir səfər edib düşməndən bir qarış torpaq almadan evinizə qayıdırsınız. Əgər kifayət qədər təminatınız varsa Varadini muhasirə edin" deyə fikir bildirib, amma bu təklif qəbul olunmamışdır.

    Daha sonra Temeşvar mühavizə komandanı Cəfər Paşa düşərgəyə gəldi və müşavirədə iştirak etdi. Cəfər Paşa da Titel Qalasının yerləşdiyi yerdən Zenta istiqamətində getmək və Macar ərazilərində böyük miqyaslı əməliyyat keçirdikdən sonra, ən son Varadinə keçilməsi istiqamətində fikir bildirdi. Amcazadə Hüseyn Paşa və Anadolu Bəylərbəyi Mısırlızadə İbrahim Paşa bu planı təhlükəli olduğunu bildirdilərsə də Cəfər Paşanın II Mustafa ilə əvvəldən bəri mövcud olan yaxın əlaqələri səbəbindən Zenta istiqamətində getməsinə qərar verildi.

    Qərar qəbul olunduqdan sonra Osmanlı ordusu Dunay keçdi və 110 gəmilik donanma da Tisa çayına hərəkət etdi. Avstriya ordusu isə Titel qalası qarşısında 7–8 yüz nəfərlik qüvvə qoyaraq çəkilmişdi. Osmanlı ordusu qalanı aldı və dağıtdı.

    Avstriya ordusu komandanı Prens Eugene casusları vasitəsilə Osmanlı ordusunun planını öyrənmiş, Osmanlı ordusu irəliləyərkən də Varadinə çəkilmişdi. Sədrəzəm Almas Mehmed Paşa, Avstriyalılar buraya daha yeni yerləşərkən uyğun vəziyyətdə dərhal hücum etmə təklif etdi, amma təklif qəbul edilmədi. Osmanlıların Tisza istiqamətində getdiyini duyan Eugene sürətlə Tisaya yönəldi, bu zaman hələ Osmanlı ordusunun böyük hissəsi körpüdən keçməmişdi. Eugenin gəldiyi xəbəri alınanda keçid sürətləndi, amma bu yetərli olmadı, qurulan körpü həddən artıq yük götürdüyü üçün parça-parça olub dağıldı.

    Müharibə

    Osmanlıların Tisa istiqamətində getdiyini eşidən Eugene sürətlə Tisaya doğru yönəldi, bu zaman Osmanlı ordusunun böyük hissəsi körpüdən keçməmişdi. Eugene gələndə çayın qarşısında yalnız 70 min Osmanlı əsgəri vardı və bunların əksəriyyəti keçidi asanlaşdırmaq üçün qarşıya keçən rütbəli əsgərlər və paşalar, yanlarında isə saray nümayəndələri, xəzinə, otağı hümayun, silahdarlar və bol arsenal var idı. Eugenenin qoşunu yaxınlaşanda üstünə Anadolu Bəylərbəyi Mısırlızade İbrahim Paşa və Diyarbəkir Bəylərbəyi Kavukçu İbrahim Paşanın qüvvələri göndərildi, amma bir nəticə vermədi.

    Sonda toqquşma 11 iyul 1697-ci ildə günortadan sonra başladı, çayı keçən Osmanlı ordusu mövqe almağa qərar verdi, bu zaman azsaylı Avstriya ordusu süvari və piyada olaraq türk düşərgəsinə hücum etdi.Əlbəyaxa vuruşma Osmanlıların darmadağın edilməsiylə nəticələndi. Sonunda Osmanlı ordusu 30.000 itki verərək geri çəkildi. Avstriyalılar Sultanın yanındakı Osmanlı qüvvələrinin qalıqlarına hücum etmədilər. Sultan II Mustafa ordunun geri qalan qismini toplayaraq Temeşvara doğru qaçmağa başladı. Ağır itkilərə baxmayaraq Temeşvara çatı, ancaq hər hansı bir qalanı mühasirə edəcək halda deyildi.

    Nəticə

    Osmanlı ordusu rütbəli hərbçilərini itirmişdi, başda Sədrəzəm Almas Mehmed Paşa olmaqla, çoxsaylı Osmanlı paşası həlak olmuşdu. Sədrəzəmin sinəsində gəzdirdiyi möhür, sultanın çadırı birlikdə bir çox ordu çadırı, 87 top, 15 min mal-qara, 7 min at, bir neçə min dəvə və cəmi 3 milyon qulden məbləğində xəzinə Avstriya ordusunun əlinə geçmişti. Ordusunun fəsadına çarəsizlik içində tamaşaçı olan sultan II Mustafa, əvvəl Temeşvara, oradan da İstanbula doğru geri çəkildi. Müharibədən əvvəl tövsiyəsi dinlənməmiş olan Amcazadə Hüseyn Paşa isə sədrəzəmliyə gətirildi.

    Eugene hazırlıqsız olsa da böyük Osmanlı ordusunu darmadağın etmişdi,qələbə qazandığını Avstriyaya yaymağa başladı. Prens Eugene, Belqrada hücum edəcək olmasına baxmayaraq ordudakı pul və ərzaq sıxıntısı üzündən qoşunlarını Erdel ətrafındakı qış qərargahlarına göndərdi. Osmanlı ordusu mövcudluğunun 3/2-ni itirmişdi və müharibə iqtidarında deyildi.

    Müharibə, Müqəddəs İttifaq Döyüşləri içində son əhəmiyyətli müharibədir. İtirdiyi torpaqlarını azad etməsinin mümkünsüz olacağını görən Osmanlı dövləti, Karlofça müqaviləsini imzalamağa məcbur edildi.

    Mənbə

    1. Zenta Muharebesi
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.