Zenit - pulemyotu
Zenit - pulemyotu - 2000 metrə qədər hündürlükdə uçan obyektlərin vurulması üçün nəzərdə tutulan, bir dayaqda montaj olunan, bir və ya bir neçə bir-birinə pərçimlənmiş zenit gülləbaran qurğusundan ibarət avtomatik silah növü. ZGQ əsas hissələri: bir (tək quraşdırma), iki (birşədirilmiş quraşdırma) yaxud dörd (dördlü quraşdırma) gülləbaran qurğusu;(dörd və ya iki təkərli) lafet, yaxud lafet elementləri olan özüyeriyən baza; zenit nişangahı. Çəkisi təkli - 450 kq, ikili - 650, dördlü - 2100 kq.
- ZGQ -atəş yerindən, ya da hərəkətli halda aparılır.
- atəş tempi - dəqiqədə/600 atəş;
- atəşin döyüş sürəti - hər lüləyə dəqiqədə/150 atəş
Əsasən quru qoşunların zenit althissələrində, tanklarda, ZTR, eləcə də kiçik gəmilərdə istifadə olunur.
İstinadlar
- Военная энциклопедия в 8 томах."Д"-квартирьер. Москва. Военное издательство.1995 səh. 278
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.