Zemlya i volya

Zemlya i volya (rus. Земля и воля; azərb. Torpaq və azadlıq) — 1876-cı ilin payızında xaqlçıların Peterburqda yaratdığı gizli inqilabi təşkilat.

Zemlya i volya
Земля и Воля
Loqonun şəkli
Yaranma tarixi 1861, 1876
Ləğvolma tarixi 1864, 1879
Sədr Georgi Plexanov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Əvvəllər "Şimali inqilabi xalqçı qrupu", "Xalqçılar cəmiyyəti" adlanmışdır. "Zemlya i volya" adı 1978–1979-cu illərdə nəşr olunmuş eyniadlı qəzetdən götürülmüşdür. Körkəmli nümayəndləri; Mark Natanson, O.Natanson, Georgi Plexanov, V.Osinski, A.Oboleşev, Nikolay Morozov və başqaları idi. Ümumilikdə 150-dən çox üzvü var idi. Təşkilat Kiyev, XarkovOdessa inqilabçıları ilə sıx əlaqə saxlayırdı. "Zemlya i volya" mərkəziyyət prinsipi əsasında qurulmuşdu. Təşkilatın proqramında torpağın "kənd fəhlə təbəqəsinə" verilməsi, onun bərabər bölüşdürülməsi irəli sürülür və bunun "yalnız zorakı çevriliş yolu ilə" həyata keçiriləcəyi göstərilirdi. Zemlyavolyaçılar kənd icmasını Rusiyada sosializm qurmaq uğrunda mübarizədə əsas bünövrə sayırdılar. Demokratik və sosialist inqilabının məqsəd və şərtlərini qarışdırır, kəndli hərəkatının sosializm uğrunda mübarizə deyil, burjua-demokrtaik inqilabının məğzi olduğunu görmürdülər. Zemlyavolyaçılar siyasi mübarizənin əhəmiyyətini başa düşmür, fəhlə sinfinin qabaqcıl rolunu inkar edirdilər. Zemlyavolyaçılar xalq inqilabı hazırlamaq üçün kəndlərdə inqilabçıların daimi "məskənlərini" yaradırdılar. Onlar Qafqazda da inqilabi fəaliyyətə cəhd göstərmişdilər. V.İ.Lenin "...bütün narazıları öz təşkilatlarına cəlb etmək və bu təşkilatı mütləqiyyətə qarşı qəti mübarizəyə qaldırmaq..." [1] səyini zemlyavolyaçıların mühüm xidməti hesab etmişdir. Siyasi mübarizə və terrorun rolu məsələlərindəki ixtilaflar nəticəsində Voronej qurultayından (iyun 1879) az sonra "Zemlya i volya" iki təşkilata ("Çornı peredel""Narodnaya volya") parçalandı.

İstinadlar

  1. V.İ.Lenin. Əsərlərinin tam külliyyatı. Cild 6, səh. 147

Mənbə

  • "Землја и волја" // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 310.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.