Zemfira Səfərova

Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2017)[1], sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017)

Zemfira Səfərova
Doğum tarixi 10 iyun 1937(1937-06-10) (86 yaş)
Doğum yeri
Uşağı
Atası Yusif Səfərov (neftçi)
Təhsili
Fəaliyyəti musiqişünas, universitet müəllimi[d]
Elmi dərəcəsi
Elmi adı
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2006
"Şöhrət" ordeni  — 2022

Həyatı

Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir.

Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir.

Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır.

Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür.

Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır.

Mükafatları

  • Əməkdar incəsənət xadimi(1989)
  • Əməkdar elm xadimi(2006)
  • "Humay" mükafatı laureatı
  • AMEA-nın fəxri fərmanı
  • Şöhrət ordeni(2022)

Əsərləri

Kitabları

  • "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998.
  • "Музыкально-эстетические взгляды Узеира Гаджибекова". Moskva, 1973.
  • "Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər".
  • "Kapa Kapaeв. Научно публисистическое наследие". Bakı: "Elm", 1988.
  • M. M. Nəvvabın "Vüzuhul-ərqam" risaləsi. Bakı: "Elm", 1989.
  • Səfiyəddin Urməvi.
  • Əbdül Qadir Marağayi.
  • Qədim musiqi terminləri lüğəti.
  • Ölməzlik.
  • Şərq musiqisinin peyğəmbəri[2].
  • Azərbaycan musiqi tarixi: I cild. Bakı: "Şərq-Qərb", 2012.

Məqalələri

Xatirəsi

2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş Akademik Zemfira Səfərova adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.