Zemfira Qafarova
Qafarova Zemfira Həsən qızı (d. 1942) — Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi. Əməkdar incəsənət xadimi ,Musiqişünas, pedaqoq, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016-cı ildən). Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru.
Zemfira Qafarova | |
---|---|
Qafarova Zemfira Həsən qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Həsən Haqverdiyev |
Anası | Güllü Mustafayeva |
Elm sahəsi | musiqi |
Elmi dərəcəsi | sənətşünaslıq üzrə fəlsəfə doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Bəstəkarlar İttifaqı |
Tanınır | musiqişünas |
Mükafatları |
Həyatı
1942-ci ildə 22 Noyabrda Bakı şəhərində Respublikanın adlı sanlı rəssamları olan Həsən Haqverdiyev və Güllü Mustafayeva nın qızı olaraq doğulmuşdur.
Zemfira xanım Qafarova 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin ildə Azərbaycan Dövlət Konservatoriyasında tarix-nəzəriyyə şöbəsinə daxil olur.1966-cı ildə əla qiymətlərlə musiqişünas diplomuna layiq görülür. 30 ildən artıqdır ki, Zemfira Qafarova Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının aparıcı müəllimi, professorudur.O, 10 il müddətində (1981-1991) tarix-nəzəriyyə fakultəsinin dekanı vəzifəsində çalışıb.Bu vəzifədə çalışdığı illərdə tələbələrə göstərdiyi qayğı indi də o dövrün məzunlarının yadındadır.Onun adı Azərbaycan musiqi elminin görkəmli nümayəndələri arasında çəkilir.
O, 1984-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi dərəcəsinə layiq görülür, pedaqoji fəaliyyətlə yanaşı elmi fəaliyyətini də genişləndirir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin nəzər diqqətində olub Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.
Ü.Hacıbəyovun yaradıсılığını tədqiq etmiş, bu mövzuda bir sıra məqalələr — "Koroğlu"nun avtoqrafı" (1972), "Ü.Haсıbəyovun opera estetikası" (1975), "Ü.Haсıbəyovun "Koroğlu" operasının uvertürası" (1973) və s. yazmışdır. "Ü.Haсıbəyovun "Koroğlu" operası" (1994) monoqrafiyasının müəllifidir.
19 sentyabr 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]
Ailəsi
Rəssam Həsən Haqverdiyevin qızıdır. Əli Haqverdiyevin bacısı, Hüseyn Haqverdiyevin, Ucal Haqverdiyevin atabir və orqan ifaçısı Rəna İsmayılovanın anabir ögey bacısıdır.
İstinadlar
- President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 19.09.2016. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.