Zelyonı (Kuril adaları)

Zelyonı adası yap. 志発島, rus. Остров ЗелёныйKuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Habomai arxipelaqının ən iri və ən hündür adalarından biridir. İnzibati cəhətdən Saxalin vilayəti Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir (Rusiya). Günümüzdə ada ərazisində yaşayış yoxdur. Amma Rusiya ərazisində Yapon durasının yuva qurduğu əsas ərazilərdən biridir[1]. Bölgənin əsas endemik canlısı Şikotan tarlasıçanıdır[2].

Zelyonı adası
rus. Остров Зелёный , yap. 志発島
Ümumi məlumatlar
Sahəsi 51 km²
Hündür nöqtəsi 24 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
43°30′00″ şm. e. 146°08′00″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Zelyonı adası xəritədə
Zelyonı adası
Zelyonı adası
Zelyonı adası xəritədə
Zelyonı adası
Zelyonı adası

Tarixi

Ada ilk dəfə 1739-cu ildə Böyük Şimal ekspedisiyasının qruplarından biri, III ranq kapitan Martın Petroviç Şpanberqin rəhbərliyi ilə kəşf edilmiş və xarici görünümünə görə bu cür adlandırılmışdır. 1855-ci ildə imzalanan Simod Traktayına görə adalar rəsmi olaraq Yaponiya imperiyasına verilmişdir. 1855-1945-ci illər ərzində adada yapon mülki əhalisi yaşayırdı. Əhalinin əsas məşğuliyyəti balıqçılıq və dəniz məhsullarının ovlanması olmuşdur. Burada hətta qədim yapon qəbirstanlığı belə saxlanılmışdır[3]. 1946-cı ildə adanın adı dəyişdirilərək ruslar tərəfindən 1739-cu ildə verilmiş «Zelyonı» adı qaytarılmışdır[4]. Kuril adalarının cənub hissəsinə Yaponiya idarə edir. O Zelyonı adasıda daxil olmaqla cənubi kuril adalarını Hokkoyda prefekturasının tərkibinə daxil Nemuro dairəsinin ərazisi hesab edir[5][6][7]. Yaponiya Habomay arxipelaqını Kuril adalarının tərkib hissəsi hesab etməyərək Hokkoydanın sahil ərazisinə daxil edir[8]. 2012-ci ildə ildə Yaponiya vətəndaşları ilə Cənubi Kuril adalarınln sakinlərinin vizasız digər tərəfə keçməsi təmin edilmişdir. Bu qərar hələ 1998-ci ildə verilmişdir[9].

Coğrafiya

Adanın sahəsi 51 km² təşkil edir. Adanın uzunluğu 10 km, eni isə 9 km təşkil edir. Adanın sahilləri girintili-çıxıntılıdır. Sahillərində çoxlu sayda rif vardır. Adanın səthi düzənlikdir. Maksimal hündürlüyü 24 metrdir. Ada bütünlüklə ot bitkiləri ilə örtülüdür. Bura meşə yoxdur. Adanın florası olduqca kasıbdır. Burada cəmi 166 növ bitki yayılmışdır. Halbuki, Kunaşirdə 1067 növ, Şikotanda isə 663 növə rast gəlinir[1]. Bəzi bölgələri bataqlıqlaşmışdır. Ərazisində göllər vardır. Ən böyük gölü Utinoe gölüdür[10]. Quruda yaşayan məməlilərdən ancaq tülkülərə rast gəlinir. Üstəlik sıçovullar və atlar yaşayır. Vaxtı ilə mövcud olmuş Zelyonı (Sibosu) yaşayış məntəqəsinin qalıqları bu gendə qalır. Ada Polonski boğazı ilə Polonski adasından ayrılır. Voeykov boğazı ilə isə Yuri adasından 1,5 km aralıda qırarlaşır. 5 km cənubda Diyomid adası yerləşir. Yumşaq okean iqliminə malikdir. Yazı soyuq, yayı sərin, isti və quru payız və olduqca yumşaq keçən qışa malikdir. Nəticədə gəmiricilərin çoxalma dövrü noyabrıa qədər uzanır[10]. Ən soyuq aylar olan yanvar və fevralda temperatur −6°С qədər düşür. Ətrafında olan dəniz donmur. Ancaq Oxot dənizindən gəlmiş buz parçaları ilə ada ətrafını doldura bilir. Qışı qarlı, yayı isə yağışlıdır.

İstinadlar

  1. "Остров Кунашир и Малая Курильская гряда / Том 5 / Водно-болотные угодия России". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  2. "Saxalin adalarının gəmiriciləri". 2018-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  3. "Yaponlar Zelyonı adasını ziyarət edirlər. Yujno-Kuril xəbərləri". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  4. Pıjyanov F. İ., Braslaves K. М. "Kunaşir adası və Kiçik Kuril. Topoqrafik lüğət" (rus). 1983, 1994. 2013-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-22.
  5. Nemura dairəsinin xəritəsi Arxivləşdirilib 2020-01-28 at the Wayback Machine  (yap.)
  6. Administrative map of Japan (As of April 1, 2014) Arxivləşdirilib sentyabr 12, 2015, at the Wayback Machine  (ing.)
  7. "Управление по вопросам Северных территорий общего департамента губернаторства Хоккайдо". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  8. "Northern Territories Issue" (ingilis). // Ministry of Foreign Affairs of Japan. 2011-03-01. 2010-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25. The Northern Territories consist of four islands located off the northeast coast of the Nemuro Peninsula of Hokkaido. They are: Habomai, Shikotan, Kunashiri and Etorofu. The Northern Territories are not included in the Kurile Islands.
  9. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  10. "DisCollection.ru :: Kiçik Kuril adalarının kiçik məməliləri". 2017-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.