Zelençuk rayonu
Zelençuk rayonu (abq. Зеленчук район, kab.-çərk. Зеленчук район / Зеленчук куей, qaraç.-balk. Зеленчук район, noq. Зеленчук район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zelençuk qəsəbəsidir.
Zelençuk rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
43°43′ şm. e. 41°29′ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Zelençuk | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1922 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 87878 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Urup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2930,72 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Qaraçay rayonu, qərbdə Urup rayonu, şimalda Krasnodar diyarı, Xabez rayonu.
Tarixi
1922-ci ildə müasir Zelençuk rayonunun ərazisi Qaraçay-Çərkəz Muxtar Vilayətinin tərkibinə daxil olur. 1926-cı ildə Qaraçay-Çərkəz Muxtar Vilayəti Qaraçay Muxtar Vilayəti və Çərkəz Milli dairəsinə (1928-ci ildən - Çərkəz Muxtar Vilayətinə) bölünür. Batalpaş rayonu Şimali Qafqaz diyarının Armavir dairəsinə verilir. 1931-ci ildə Batalpaş rayonu ləğv edildi. Onun bir neçə kənd soveti Çərkəz Muxtar Dairəsinə birləşdirildi. Qaraçay Muxtar Vilayətinə isə Zelaçuk və Kardonikski kənd sovetlikləri birləşdirilir. İspravnenski və Frolovski kənd sovetlıikləri əvvəlcə Şimali Qafqaz diyarının Otradnenski rayonuna, ardından isə Udobnenski rayonuna birləşdirilir.
1931-ci ildə Qaraçay Muxtar Vilayətinin bir hissəsi olaraq mərkəzi Zelençuk kəndi olan Zelençuk rayonu təşkil olunur. 1938-ci ildə İspravnenski və Frolovski kənd sovetlikləri Udobnenski rayonundan Çərkəz Muxtar Dairəsinin yeni yaradılan Kirovski rayonuna birləşdirilir. 1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar Zelençuk rayonu, bütün yaşayış məntəqələri ilə birlikdə Stavropol diyarına birləşdirilir.
12 yanvar 1957-ci ildə Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi[2].
1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençuk aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu)
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır[3]:
- Urup rayonunu təşkil edilsin - mərkəzi Pregradnaya auludur;
- Qaraçay-Çərkəz Muxtar Vilayətinin Urup sənaye rayonu ləğv edilsin;
- Qaraçay-Çərkəz Muxtar Vilayətinin Adıge-Xabl, Zelençuk, Qaraçay, Maloqaraçaevsk, Prikubanski və Xabez kənd rayonları inzibati rayonlara çevrilsin.
Əhali
- Milli tərkib
Xalq | 2002[4] | 2010[5] |
---|---|---|
ruslar | 34 585 (64,7 %) | 31 988 (62,24 %) |
qaraçaylılar | 16 452 (30,8 %) | 17 026 (33,13 %) |
yunanlar | 371 (0,7 %) | 301 (0,59 %) |
ukraynalılar | 438 (0,8 %) | 287 (0,56 %) |
ermənilər | 222 (0,4 %) | 257 (0,50 %) |
qaraçılar | 199 (0,4 %) | 253 (0,49 %) |
çərkəzlər | 162 (0,3 %) | 151 (0,29 %) |
osetinlər | 114 (0,2 %) | 113 (0,22 %) |
tatarlar | 104 (0,2 %) | 102 (0,20 %) |
azərbaycanlılar | 52 (0,1 %) | 65 (0,13 %) |
qumuqlar | 41 (0,1 %) | 59 (0,11 %) |
abazinlər | 53 (0,1 %) | 54 (0,11 %) |
kabardinlər | 28 (0,1 %) | 52 (0,10 %) |
noqaylar | 57 (0,1 %) | 50 (0,10 %) |
digər millətlər | 536 (1,0 %) | 635 (1,24 %) |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş | Kişilər, nəf. | Qadınlar, yaş. | Ümumi say. | ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 4 883 | 4 829 | 9 712 | 18,76 % |
15 — 59 yaş | 16 869 | 16 158 | 33 027 | 63,78 % |
60 yaşdan yuxarı | 3 329 | 5 711 | 9 040 | 17,46 % |
bildirməyənlər | 1 | 0 | 1 | 0,002 % |
ümumi | 25 082 | 26 698 | 51 780 | 100,0 % |
Kişilər — 25 082 nəf. (48,4 %). Qadınlar — 26 698 nəf. (51,6 %).
Əhalinin orta yaşı — 37,4 yaş. Kişilərin orta yaşı — 35,0 yaş. Qadınların orta yaşı — 39,7 yaş.
İstinadlar
- http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
- "Сборник «Промышленность Ставропольского края в архивных документах (1945—1991 гг.)" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-26.
- "Об изменениях в административно-территориальном делении Ставропольского края". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
- Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
- "Итоги Всероссийской переписи населения 2010 года. Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-15.
- "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.