Zayed Universiteti
Zayed Universiteti (ərəb. جامعة زايد) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əbu-Dabi şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi.[1] Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.[1]
Zayed Universiteti | |
---|---|
25°05′52″ şm. e. 55°23′01″ ş. u. | |
Əsası qoyulub | 1988 |
Tip | Dövlət |
Şəhər | Əbu-Dabi |
Ölkə | |
Sayt | zu.ac.ae |
Tarixi
Universitetin əsası 1988-ci ildə qoyulmuşdur.[1]
Təsis olunduğu vaxt Zayed Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan burada oğlanların da təhsil almasına icazə verilib.[1]
Fəaliyyəti
Bu ali təhsil müəssisəsi humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir. Universitetdə tədris əsasən ingilis dilində aparılır.[1]
İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Əbu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlamışdır.[1] Belə ki, bu ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir.[1] Ona görə də bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.[1]
Kampusu
Universitetin Əbu-Dabi şəhərində yerləşən kampusu 2011-ci ildə "Xəlifə Şəhər"də salınmış yeni kampusa köçürülmüşdür.[2] Onun Dubay kampusu isə 2006-cı ildən Əl-Ruvayyahda - Dubay Beynəlxalq Akademik Şəhərciyində yerləşir.
Kitabxanası
Universitetin zəngin kitabxana fondu var.
İstinadlar
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. (az.)
- "Teething problems at new Dh3.7bn Zayed University campus". The National. 12 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2011.