Zavadıx
Zavadıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Zavadıx kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Zavadıx | |
---|---|
39°43′12″ şm. e. 46°57′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Zavadıq Xotavənd məbədində 1182-ci ilə aid ermənicə kitabdə Tsovatex kimidir. 1727-ci ilə aid mənbədə Yuxarı Qarabağın Köçəz nahiyəsində Zəvadıq kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər yerləşdirildikdən sonra kənd ermənicə Tsovatex kimi ad vermişdir. Hələlik mənası məlum olmayan zaba və türk dillərində tıq "meşəsiz (dağ, təpə)" sözlərindəndir. Ermənistanda əhalisi azərbaycanlılardan ibarət olmuş Zaba kənd adı ilə müqayisə edilə bilər. Ola bilsin bu ad zeyvə (ərəbcə zaviyə "kürüc", "bucaq", "ibadətgah" sözündən və -dıq (lıq) şəkilçisindən ibarətdir.[2]
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-11.
- B. Budaqov, Q. Qeybullayev. Yuxarı Qarabağın toponimləri. Bakı: 2015.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
Xarici keçidlər