Zaur Hüseynov (dövlət xadimi)

Zaur Hüseynov (tam adı:Zaur Mir Tofiq oğlu Hüseynov; — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri[1].

Zaur Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1964(1964-09-26) (59 yaş)
Doğum yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur.[2] 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir.

Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].

Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.