Zaur Abdullayev
Zaur Natiq oğlu Abdullayev — Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi. Polis general-mayoru.
Zaur Abdullayev | |
---|---|
Vəzifədədir | |
18 fevral 2022-ci ildən | |
Nazir | Vilayət Eyvazov |
Əvvəlki | Mirqafar Seyidov |
15 yanvar 2019 – 18 fevral 2022 | |
Rəis | Mirqafar Seyidov (2014-2020) Əkbər İsmayılov(2020-) |
Əvvəlki | Səhlab Bağırov |
Sonrakı | Sərdar Səfərov |
13 may 2011 – 15 yanvar 2019 | |
Əvvəlki | Səhlab Bağırov |
Sonrakı | Səhlab Bağırov |
Rütbəsi |
Polis general-mayoru |
|
|
Təltifləri |
Fəaliyyəti
Zaur Abdullayev 2011-ci ilədək Daxili Qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsinin komandiri vəzifəsini daşımışdır. O, 13 may 2011-ci il tarixində daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsinə təyin edilmişdir.[1]
Zaur Abdullayev 15 yanvar 2019-cu il tarixində daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin olunmuşdur.[2]
Zaur Abdullayev 18 fevral 2022-ci il tarixində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. [3]
Təltifləri
- Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 may 2005-ci il tarixli 803 saylı sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.[4]
- Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2015-ci il tarixli 1311 saylı sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[5]
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2016-cı il tarixli 2186 saylı sərəncamı ilə polis polkovniki Zaur Abdullayevə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.[6]
- Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 iyul 2021-ci il tarixli 2733 saylı sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.[7]
İstinadlar
- "ÇEVİK POLİSLƏR BAŞSIZ QALMADI". 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- "General Səhlab Bağırov Çevik Polis Alayına komandir təyin olundu". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin edib
- "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.
- "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-27.