Zarasay

Zarasay (lit. Zarasai, pol. Jeziorosy) — Litvada şəhər.

Zarasay
Zarasai
Bayraq Gerb
Bayraq Gerb
55°43′50″ şm. e. 26°14′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1506
Mərkəzin hündürlüyü 134 m, 155 m
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 5.942 nəf. (1 yanvar 2023)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi LT-32001
Digər
zarasai.lt
Zarasay xəritədə
Zarasay
Zarasay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Arxeoloji və yazılı mənbələrdə təsdiqinin tapılmamasına baxmayaraq, əksər tədqiqatçılar deyirlər ki, Zarasay şəhərinin yaradılması XV əsrin sonu-XVI əsrin əvvəllərinə aiddir. Ona kimi isə burada selon tayfaları yaşayırdı. Həmin mərhələdə (XV–XVI əsrlər) şəhər ərazisində yepiskop mülkanəsi tikilmişdi. Əfsanəyə görə bir zamanlar Zarasay şəhərinin yanında iri təpədə nəhənglər ailəsi yaşayırdı. Həmin ailədə şən, cəld olan və gizlənpaç oynamağı çox sevən nəhəng oğlan Azerasay böyüyürdü. Bir gün ailəsi meşəyə gedərkən o, elə gizlənmişdi ki, heç kim onu tapa bilmirdi. Ailəsi onu haylayırdı: " Azerasay, Azerasay, Azerasay", exo isə "Zarasay, Zarasay, Zarasay" kimi təkrarlayırdı. Daha sonralar təpədə insanlar məskunlaşdı, burada şəhər saldılar və nəhənglər ailəsinin xatirəsi üçün onu Zarasay adlandırdılar.

Rəsmi olaraq şəhərin yaranma tarixi 1506-cı il hesab olunur, həmin dövrdə burada yalnız Zarasay malikanəsi yerləşmirdi, eyni zamanda artıq Zarasay gölünün Didjesis adlı adasında daş kilsəli monastır ucalırdı, hansının ki, xarabalarını XX əsrin əvvəllərində şəhər əhli yeni tikililər üçün təmizləyib. Ada ilə gölün sahilini 200 m uzunluğu olan taxta körpü birləşdirir. Məlum olmayan səbəblərə görə 1530-cu ildə monastır Zarasay adasından Antalepteyə, Zarasay kilsəsinə-sahilə, indiki yerləşdiyi yerə köçürülmüşdü. Zarasay gölünün Böyük adasında 2008-ci ildən etibarən "Rok gecələri" adlı Litvanın ən böyük miqyaslı milli rok-festivalı keçirilir.

İlk dəfə Zarasay ərazisi 1613-cü ildə Böyük Litva Knyazlığının (BLK) xəritəsində qeyd olunub. Lakin sonralar şəhərə inkişaf edib böyümək qismət olmadı, o, hər zaman yanğın, müharibə və epidemiyalardan əziyyət çəkib. 1795-ci ildə İki Xalq Respublikasının III dəfə bölünməsindən sonra Zarasay və onun ətrafları çar Rusiyayanın ərazisinə keçdi, Zarasay malikanəsi isə şəhərlə birlikdə Vilnyus quberniyasının ixtiyarına verildi və çar Rusiyanın mülkiyyətinə keçdi. Zarasay şəhərinin inkişafında əsas rollardan birini 1830–1836-cı illərdə çəkilmiş yeni yol oldu. Sankt-Peterburq-Varşava yolunun çəkilməyə başlandığı günü əbədiləşdirmək məqsədilə qoyulmuş çuqun obelisk indiki dövrə qədər qorunub saxlanılmışdır. Bu yol Sankt-Peterburq və Varşava şəhərlərini birləşdirir və Dauqavpils, Zarasay, Utyana, Ukmyarqe, Kaunasdan keçirdi. Çəkilmiş yol şəhər əhalisinin yeddi dəfə artmasına səbəb oldu.

Nizamsız tikilmiş binaları Zarasayda tez-tez yanğınlara səbəb olurdu. Bu səbəbdən 1837-ci ildə meydan və küçələrin maraqlı, şəhər landşaftı ilə harmoniya təşkil edən bir plan təsdiq olundu. Layihədə doğan günəş şəklində yerləşən küçələrin planlaşdırılması nəzərdə tutulurdu-küçələr-şəfəqlər yarıdairəvi meydanın mərkəzində rastlaşırlar. Müəyyən dəyişiklik edilərək şəhərin mərkəzi hissəsinin planı bizim günlərə qədər qorunub saxlanılıb. Zarasay-respublikanın radial planlaşması olan yeganə şəhəridir, o, urbanizasiyanın abidəsi sayılır. Selyu meydanının mərkəzində həkim-antropoloq, maarifçi D.Bukantasa heykəl ucalır (avt.L.Strioqa). Yanında isə Zarasayın mərkəzi hissəsinin bizim dövrə qədər saxlanılmış ən qədim binalarından biri yerləşir.

1836-cı ildə çar Nikolayın əmrinə əsasən qəza mərkəzi Vidjyaydan Zarasaya köçürülmüşdür, şəhərə isə Novoaleksandrovsk adı verilmiş və gerb hədiyyə olunmuşdu. 1843-cü ildə Zarasayda şəhər duması təşkil olunmuşdu, o, ratuşa funksiyalarına yiyələnmişdi. 1919-cu ildə şəhərin adı dəyişildirilmiş, ona litva adı Ejeneray verilmişdi, lakin Kazimeras Buqa müəyyən edib ki, Zarasay sözü yer adı kimi burada yaşayan sielyu tayfasından meydana gəlib (sielyu dilində "ezeras" (göl), Zarasas gölü isə Ezerasas və ya Ezarasas adlanır). Savaşlar arası dönəmdə xalqın maariflənməsinə təkan verildi: 1919-cu ilin oktyabr ayında progimnaziya qapılarını açdı, 1920-ci ildə isə "Akstinas" təşkilatının təməli qoyuldu, hansı ki, qəza ərazisində xalq mədəniyyəti və maarriflənmə işi ilə məşğul olurdu. 1932-ci ildə Zarasay şəhərinə ikinci dərəcəli şəhər statusu, həmçinin kurort və bağ ərazisi statusu verildi. 1940-cı ildə sovet işğalı, daha sonralar isə İkinci dünya müharibəsi şəhər və qəza ərazisinin tarixində dərin izlər buraxdı. Zarasay şəhərinə kurort statusu 2008-ci ilin sentyabr ayında geri verildi. Zarasay göllər arasında təpələrdə yerləşir, burada nəinki yayda, eləcə də qışda istirahər edənlərə və aktiv turizmi sevənlərə yüksək xidmətlər təqdim olunur. Burada əsrarəngiz landşaft, nizamlı mühit, sağlamlıq üçün əlverişli iqlim mövcüddur. Təbii resurslarla zənginliyi aktiv, mədəni, dərrakəli və sadəcə istirahət (kurort) turizmi üçün real imkanlar yaradır.

Styalmujda XVI əsrdə tikilən taxtadan olan kilsəni və eləcə də Padvarines gölünün sahilindəki əsir qalasını da görməyə dəyər. Bu qalanın divarlarının qalınlığı-0,75 m-dir. Bu qalada təhkimli kəndlilər əsir kimi saxlanılırdı. Vyansavay-1937-ci ildə usta Antanas Jeymissin sifarişi ilə tikilmiş, Zarasayda saxlanılmış yeganə külək dəyirmanıdır. 1956-cı ilə qədər bu dəyirman çalışırdı, 1980-ci ildə isə abidələrin konservasiyası İnstitutunun memarı R.Velivanenin layihəsi əsasında dəyirman bərpa edildi. Şlinink su dəyirmanında isə nəinki buğda üyüdülməsi üçün istifadə olunan ləvazimatları seyr etmək, eyni zamanda dəyirmandakı unikal tarixi hadisələrə qulaq asmaq olar. Burada Sənət Evinin sahibkarı olan Regina xanım sizi çörək bişirmənin sirləri ilə tanış edəcək, xalq mirasına daxil olan qədim yeməkləri dadmağa dəvət edəcək. Zarasay muzeyi yenidən quruldu, ölkənin tarixinin ətraflı nümayiş olunduğu ekspozisiya 2007-ci ildə yeniləndi. Digər bir muzey XVIII əsrdə qraf Lyudvikas Plateris tərəfindən tikilən köhnə malikanə sarayında yerləşən Antazavsk ərazisinin tarixi İctimaiyyət muzeyidir. Saray ətrafında üç terraslı park, güllü oval formalı meydan, iki nohur qorunub saxlanılır. Elə burada gözəl Zalve gölü yerləşir. Bundan əlavə Zarasay rayonunda şair Antanas Venojindisin, Kazimeras Buqinin tarixi muzeyləri fəaliyyət göstərir, bura şair Paulyus Şirvisin, bəstəkar Yuozas Qruodisin vətənidir, Dusetayda isə incəsənət qalereyası fəaliyyətdədir. Tiltişkay kəndində, Şvyantoy çayının sahilində bərpa olunmuş daş dəyirmanında Enegetika Muzeyi fəaliyyət göstərir. Onun banisi Zarasayda uzun müddət rayon elektrik şəbəkələrinin rəhbəri olan Algimantas Jilenas olmuşdur (1930–1993). Muzeyin sərgilərində və ekspozisiya zallarında Zarasaydan, eyni zamanda Litvanın talaşa dövründən İqnalina As-na qədər dövrü əhatə edən yolundan bəhs edən yüzlərlə eksponatlar nümayiş olunur. Qratujes regional parkının mərkəzində isə V.Jilinskenenin dənizin təbii zənginliklərindən ibarət maraqlı kolleksiyası, Salaks etnoqrafik parkının informasiya ekspozisiyası, eləcə də Qrajutes regional parkının özünün ekspozisiyaları nümayiş olunur. Burada buzlaqların təsirilə Zarasay landşaftının necə yarandığını, Şvyantas gölündə su səviyyəsinin 3 metrə necə çatmasını öyrənmək, qeyri-adi qayalarla, ağaclarla tanış olmaq və regional parkı, təbiət mirası, Salakas şəhəri və onun ətrafları barədə bir sıra faktlar əldə etmək olar. Dusetay yaxınlığında pivə zavodu açan, Zarasay rayonunun ən məşhur pivə çəkəni R.Çijas tərkibi XIX əsrdən təkmilləşən pivəni təkcə dadmağa dəvət etmir, eləcə də bu içkinin istehsalında istifadə olunan qeyri-adi qurğu ekspozisiyaları ilə tanış edir.

Coğrafiyası

Bu şəhər Litvanın şimal-şərqində yerləşir, göllərlə əhatələnib: cənub-qərb hissəsində Zarasas gölü, cənubunda Zarasaytis, cənub-şərqində Baltas, şərqində isə Qrejta gölü yerləşir. Zarasaytis və Qrejta göllərini Laukesa çayı birləşdirir. Ətraf şəhərlərdən elə mənzərə yaranır ki, sanki o, göllər üzərində uçur. Ən hündür məntəqəsi Zarasaytis və Baltas göllərinin şərq sahilindəki Skautay dağıdır (dəniz səviyyəsindən 170 m hündür) , 1954-cü ilə kimi burada Baltikyanı ölkələrin ən hündür xizək tramplini fəaliyyət göstərirdi.

Zarasay rayonunda Avropanın ən qoca palıd ağaclarından biri Styalmuj palıdı var. Təxmin edilir ki, onun yaşı artıq 2000-ə yaxındır. Bu palıda çox ciddi qulluq edilir, ona həm meşəbəyilər, həm də alimlər nəzarət edir, mühafizə edir, hər yaranan oyuğa yamaq qoyur, gözəl mənzərəsi ilə hamını daha uzun müddət heyran etməsi üçün budaqları bərkidirlər. Styalmuj parkının şimal hissəsi ərazisində Liquma qayası adlanan, Zarasay rayonunun ən böyük daşı yerləşən Liqumay meşəsi ilə birləşir. Bu daşın ölçüsünü demək çətindir, belə ki, onun əksər hissəsi yerin altındadır, ağaclarla örtülüb və arxeoloqlar tərəfindən hələ tədqiq olunmayıb.

Həmçinin bax

Xarici keçidlər

  1. Resident population by city / town at the beginning of the year. State Data Agency of Lithuania, 2023.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.