Zarağan

ZarağanAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Zarağan
40°55′57″ şm. e. 47°48′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Zarağan xəritədə
Zarağan
Zarağan

Toponimikası

Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var.[1]

Coğrafiyası və iqlimi

Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır.[3]

Tanınmış şəxsləri

İqtisadiyyatı

Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur. Kənddə mavi yanacaqdan istifadə edilir.

Mədəniyyəti

Kənddə kitabxana və ATS mövcuddur.

Təhsili

Kənddə 1 uşaq bağçası və 600 şagirdlik 1 №-li və 370 şagirdlik 2 №-li tam orta məktəb fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcuddur.

İstinadlar

  1. Zarağan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.