Zarıslı
Zarıslı — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmışdır.[2] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib.
Zarıslı | |
---|---|
39°43′06″ şm. e. 46°40′44″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.528 m[1] |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Yaşayış məntəqəsi Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvana (XIX əsr) məxsus kəndlərdən olmuşdur. Kəndin yaxınlığında Zarıs qalasının xarabalığı var. Mənbələrdə XIII əsrdən adı çəkilən Zarıs toponimi güman etmək olar ki, əslində Sarısudur. Monqol dilində s-z əvəzlənməsi mümkündür. Yəqin ki, monqollar bu toponimi Zarıs variantında qeydə almışlar. Kənd adı ərazisindən axan eyniadlı çayın adı ilə bağlıdır.[3]
Tarixi
Kənd Liva-i Həkəri (Həkəri livası) Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi, Zarıs nahiyəsinin mərkəzi olmuşdur.
Coğrafiyası və iqlimi
Kənd Zarıslıçayın (Qarqarçayın qolu) sahilində, Sarıbaba dağının ətəyində yerləşir.
Əhalisi
Tanınmış şəxsləri
- Məhəmməd Mustafayev — fizika-riyaziyyat elmləri namizədi, dosent.[4]
İstinadlar
- https://web.archive.org/web/20180304010703/http://wikimapia.org/#lat=39.7171897&lon=46.6743851&z=15&l=1&m=w.
- "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- Zarıslı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001