Zaqatala Dövlət Rəsm Qalereyası

Zаqаtаlа Dövlət Rəsm Qаlеrеyаsı — (ZDRQ) 1989-cu ildə yаrаdılıb. Zaqatala şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 79 ədəddir.[1]

Zaqatala Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1989
Yarandığı yer Azərbaycan Zaqatala rayonu
Fəaliyyət göstərdiyi yer Azərbaycan, Zaqatala Sülh küç. 12,
Sədr Hüseynov Əfqan İlham oğlu
azgallery.az

Haqqında

Qalereya Zaqatala Tarix — Mədəniyyət qoruğunun ərazisində yerləşir. Binanın ümumi sahəsi 418 m2, ekspozisiya zalının sahəsi 198 m2, fond saxlama sahəsi isə 21 m2-dir. Qalereyanın ekspozisiya zalında müntəzəm olaraq 65 rəsm əsəri, məktəblilərin əl işləri nümayiş etdirilir. Daimi fondda olan 128 əsərlə yanaşı rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar şəkildə sərgilər vasitəsilə şəhərin park və meydanlarında nümayiş olunur. Qalereyada Azərbacanın məşhur rəssamlarından M.Rəhmanzadə, S.Haqverdiyev, R.Mehdiyev, O.Sadıqzadə, A.Hüseynov, T.Ağababayev, K.Nəcəfzadənin və başqalarının əsərləri, həmçinin Azərbaycanın şair və yazıçılarının portretləri vardır.[2]

Xarici keçidlər

  • "Azərbaycan Dövlət Rəsm Qalereyaları". www.azerbaijans.com. İstifadə tarixi: 13.04.2021.
  • "Zaqatala Dövlət Rəsm Qalereyası". sheki.mctgov.az. 2021-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13.04.2021.

İstinadlar

  1. "Zaqatala Dövlət Rəsm Qalereyası". azgallery.az. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.04.2021.
  2. "Zaqatala Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.04.2021.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.