Zaqatala üsyanı (1920)

1920-ci il Zaqatala üsyanıZaqatalada antisovet üsyan, sovet işğalına qarşı üsyanlardan biri.

Zaqatala üsyanı
Azərbaycanda Sovet işğalına qarşı üsyanlar
Tarix 1920-ci il iyun
Yeri Zaqatala dairəsi
Səbəbi Ölkənin işğalı
Nəticəsi Üsyan bolşeviklər tərəfindən yatırılıb
Münaqişə tərəfləri

AXC ordusunun zabitləri və yerli əhali

XI Qızıl Ordu

Komandan(lar)

Hafiz Əfəndi
Hacı Qurban

bilinmir

Tərəflərin qüvvəsi

1000

Məlum deyil

İtkilər

Məlum deyil

Məlum deyil

    Tarixi

    Aprelin işağlından sonra artıq aprelin 29-da Zaqatalada hakimiyyəti bolşeviklər ələ keçirmişdilər. Həmin tarixdə XI ordunun təlimatçılarından biri olan Menşikovun göstərişləri əsasında mahal inqilab komitəsi təşkil edildi. Komitənin sədri vəzifəsinə əslən bu bölgədən olan 21 yaşlı Zəkəriyyə Ramazan oğlu Balaxlinski, onun müavini vəzifəsinə Mahmud Qocayev, katibliyə isə Nikolay Levşin təyin olundular[1].

    Qarabağ üsyanının yatırıldığı vaxt, Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı üsyan qalxdı və Şəki bölgəsinin bir hissəsini də bürüdü. 1920-ci ilin iyununda Gürcüstan parlamentinin üzvləri Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında şaiyə dolu intibahnamələr yayırdılar ki, guya "əgər Zaqatala dairəsini Gürcüstana verməsələr, Gürcüstan zor gücünə tabe olmağa məcbur edəcək".[2]

    Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan 1920-ci il iyunun 6-da belə bir bəhanə ilə başlandı ki, guya "Gürcüstan Azərbaycana müharibə elan etmişdir". Könüllü partizan dəstələrinin təşkili də bu yozumla aparılırdı. Çıxış ücün bəhanə əhalinin silahı təhvil verməsi barədə əmr oldu. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar (1000 nəfərdən çox adam) və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar[3].

    Qızıl ordu komandirləri etiraf edirdilər ki, Zaqataladakı üsyan da "Qarabağdakı üsyan zamanı olduğu kimi, əksinqilabçılara münasibətdə eyni amansızlıqla yatırıldı və əhalinin tərk-silah edilməsinə başlandı... Bütünlükdə üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi, karabini, berdankası, 8 pulemyot və böyük miqdarda tapança, müxtəlif pistolet və digər döyüş sursatı alındı".[4] Başqa bir sənəddə - hərbi məlumatda isə deyilirdi: "Zaqatalanın ən yoxsul sinfi tərəfındən ruh yüksəkliyi və " Yaşasın sovet hakimiyyəti!" sədaları ilə qarşılanan Qızıl ordu hissələri iyunun 18-də şəhərə daxil oldular və qalanı tutdular".[5]

    Üsyan rəhbərləri

    İstinadlar

    1. Şamil Rəhmanzadə. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri: Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında: 1917-1930-cu illərin əvvəlləri. Bakı: Aspoliqraf. 2008. səh. 116. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
    2. Rusiya Dövlət Hərbi Arxivi (bundan sonra - RDHA), f. 4, s. 2, i. 5/s., v. 31-32.
    3. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 80. ISBN 978-9952-36-521-4.
    4. Rusiya Dövlət Hərbi Arxivi (bundan sonra - RDHA), f. 4, s. 2, i. 5/s., v. 6.
    5. Rusiya Dövlət Hərbi Arxivi (bundan sonra - RDHA), f. 4, s. 2, i. 5/s., v. 49-51.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.