Zaqafqaziya atlı-müsəlman alayı
Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı alayı (polk) olub. Bu alay Cənubi Qafqaz müsəlmanlarından təşkil edilirək, İmperiyanın qeyri-nizami döyüş dəstələrindən biri hesab edilirdi.[1][lower-alpha 1][2]
Zaqafqaziya atlı-müsəlman alayı | |
---|---|
Növü | Atlı alay |
Yaranma tarixi | 1835 — 1857 |
Ölkə | Rusiya imperiyası |
Daxildir | Qafqaz korpusu |
Qərargah | Macarıstan |
Müharibələr | Macarıstan kompaniyası 1849 |
Komandanlıq | |
Məşhur komandirləri | Həsən bəy Ağalarov |
Tarixi
2 iyun 1835-ci ildə general-feldmarşal İvan Paskeviçin müraciəti əsasında Zaqafqaziya atlı-müsəlman alayı barədə əsasnamə təstiq edildi. Əsasnaməyə görə alayın sıralarına bir nəfər alay komandiri (alay bəy), iki nəfər alay komandirinin müavini (yarı alay bəy, yarbəy), 6 nəfər sultan (yüzlük komandiri), 18 nəfər naib (yüzlük komandirinin müavinləri), 48 nəfər vəkil (uryadniklər), 600 kiçik rütbəli atlı döyüşcülər (vsadniklər) və 198 nəfər döyüşçü sayılmayan aşağı rütbəlilər daxil idi.
Bundan əlavə, Əlahiddə Qafqaz Korpusundan göndərilən əmrə əsasən, korpusun döyüşçü dəstələrindən iki nəfər Qafqaz diyarının türk dilini (Azərbaycan dilini) bilən zabit də polka göndərilmişdi. Onlardan biri alay komandanının adyutantı, digəri isə alay yerləşim zabiti (kvartirmeysteri) və xəzinədar kimi xidmət edirdi. Həmçinin hər yüz nəfərlik dəstəyə bir nəfər kazak çavuş da təyin edilmişdi.
Alayda xidmət müddəti dörd il təyin edildi. Hər iki ildən sonra alayın bir hissəsi Zaqafqaziyada yeni yaradılmış digər hərbi hissə ilə əvəz olunurdu. Alay komandirləri Rusiya İmperiyasının qərərgah zabitləri sırasından seçilirdi. Seçim üçün tələb olunan şərtlərə Qafqaz diyarının türk dilini (Azərbaycan dilini) bilmək, əvvəllər belə bir alaya komandanlıq etmə təcrübəsi kimi şərtləri var idi. Seçim "ali əmrlə" təstiq edilirdi. Alay komandirini seçərkən komandirin Rusiya İmperiyasına sadiq qalacağına, eyni zamanda onun Zaqafqaziyanın köklü (nəsil-nəcabətli) müsəlman ailələrindən birindən olmasına xüsusi fikir verilirdi.
Alay əsasnaməsində qeyd edilib ki:
... yuxarı və ya aşağı rütbələrdən hər hansı biri dörd il xidmət etdikdən sonra hərbi xidmətdə qalmaq arzusundadırsa, bu, nəinki qadağan olunmur, həm də təsdiqlənir və həvəsləndirilir.
Alayın formalaşdırılması 1 sentyabr 1834-cü ildə tamamlandı və 2 mart 1835-ci il tarixində onun döyüşçüləri Tiflisdən ayrılaraq Varşavaya yola düşdülər. General-feldmarşal Parkeviç burada xidmət etməkdı idi. Bu alay ləğv edilənə qədər Varşava ətraflarında xidmət etdi. Alayın yerləşim yeri Varşavanın 46 verstliyindəki Soxaçeve məntəqəsində idi. Həmçinin alayın 200 döyüşçü Varşava şəhərində qarnizon xidmətini həyata keçirirdi.
1 mart 1839-cu ildə imperator əmri ilə bu alaydan 30 nəfər seçilərək Rusiya imperatorunun mühafizə dəstəsinə cəlb edildilər. Bu barədə verilən əmrdə deyilirdi:
Bu komandaya mühafizə xidmətinə qadir, cəsarət, xidmət və davranış baxımından əla insanlar seçilir.
Həmin dəstə Leyb-Qvardiyanın Qafqaz eskadronunun bir hissəsi oldu. Onlar kazarmalarda yaşayır, milli kişi geyimlərinə əsaslanan öz geyim formasına malik olur, milli (Azərbaycan) mətbəxdən yemək yeyirdilər. 1848-ci ilin dekabrında Qafqaz-Dağ Mühafizəçiləri yarımeskadrilyasının heyətinə daha bir qeyri-döyüş rütbəsi - "Əliyilər təriqətinin əfəndisi" (şiəlik nəzərdə tutulur) daxil edildi. Dəstə rəsmiləri imperatoru və onun ailə üzvlərini səfərlərdə müşayiət edir, saray və iqamətgahları qoruyur, müxtəlif mərasimlərdə iştirak edirdilər. 1857-ci ildə Müsəlman Mühafizəçilər Dəstəsi Leyb-Qvardiyanın Qafqaz eskadronu Qafqaz Mühafizəçilər squadronunun IV tağımını təşkil etməyə başladılar.[3]
1849-cu ildə Zaqafqaziya Atlı Müsəlman Alayı Rusiya İmperiyasının Macarıstandakı inqilaba hərbi müdaxiləsi zamanı həyata keçirilən yürüşdə iştirak etdi. Yürüşün sonunda bu Alay Macar yürüşündə iştiraka görə Müqəddəs Georgi Bayrağı ilə mükafatlandırıldı. Mükafatda "Üsyançı macarlara qarşı işlərdə göstərdiyi əla şücaət və cəsarətə görə, 1849-cu il "iyulun 21-də Debreçin şəhəri yaxınlığındakı döyüşə və döyüş zamanı düşməndən 74 silahı geri almasına görə" sözləri qeyd edilmişdi.
10 yanvar 1852-ci ildə alay dörd yüz nəfərlik qüvvəyə çevrildi.
10 yanvar 1852 ci ildə Alay buraxılaraq, dörd yüzlükdən ibarət heyət yenidən toplanılır; yeni alayın döyüşçü sayı azaldılır. 1856-cı ildə Rusiya İmperiyası Krım müharibəsindən məğlub olub, Paris Sülh Müqaviləsini imzalamağa məcbur oldu. Həmin Sülh Müqaviləsi imzalandıqdan sonra İmperiyanın hər bir sahəsində islahatlara, o cümlədın ordunun da azaldılmasına başlanıldı. 24 avqust 1856-cı ildə İmperatorun yüksək əmri ilə, alay döyüşçülərinin sayı 200 nəfərə endirərək, Zaqafqaziya Atlı-Müsəlman diviziyonu təşkil edildi. Nəhayət, 1857-ci ildə divizionun fəaliyyətinə xitam verildi.
Polkun komandirləri
- Polkovnik, (17 may 1846-cı ildən general-mayor) David Osipoviç Bebutov (1834- 12 aprel 1852)
- Polkovnik Həsən bəy Ağalarov (12 aprel 1852 - 17 aprel 1857)[4][5]
Polkda hərbi xidmətdə olan tanınmış şəxslər
- İsmayıl xan Naxçıvanski - atlılar generalı
- Cəfərqulu ağa Bakıxanov - general-leytenant
- Ağayev Nikolay Nikolayeviç
- İsrafil bəy Yadigarov
- İsmayıl bəy Qutqaşınlı
- Kərim bəy Novruzov
Qeydlər
- Rusiya Dövlət Hərbi Tarixi Arxivinin yayımladığı kitabın ikinci cildində deyilir:
1835-ci ildə iki qeyri-nizami polk yaradıldı: Zaqafqaziya müsəlmanlarından və ermənilərdən ibarət Zaqafqaziya atlı-müsəlman (1856-cı ildən diviziyon) və çərkəzlərdən, kabardinlərdən, çeçenlərdən və digər dağlılardan ibarət Qafqaz atlı-dağlı (1842-ci ildən diviziyon); 1856-cı ildə isə dağıdıldılar.
Həmçinin bax
İstinadlar
- Российский государственный военно-исторический архив: путеводитель. 2. səh. 225.
- Казачьи войска: хроники гвардейскихъ казачьихъ частей помѣщены въ книгѣ Императорская Гвардія. səh. 40.
- Ахмедов, 2019
- Исмаилов, 2005. səh. 79
- "Həsən bəy Ağalarov". kepenekci.org. 2012. İstifadə tarixi: 16 oktyabr 2023.
Mənbə
- Сабухи Ахмедов. Из истории зарождения военной униформы в Азербайджане (PDF). İRS. 2019.
- Эльдар Эльхан оглы Исмаилов. Агаларов Гасан-бек. // Георгиевские кавалеры — азербайджанцы. Moskva: Герои отечества. 247.
Əlavə ədəbiyyat
- Э. Э. Исмаилов. Георгиевские кавалеры — азербайджанцы. Москва. 2005.
- Национальная Академия Наук Азербайджана. Музей истории Азербайджана. Генералы Азербайджана. Каталог. — Баку, 2005. . Bakı. 2005.
- М. И. Марков История конницы. Часть 4-я. Глава 37. История конницы. Часть 4-я. Глава 37.
- А. Л. Гизетти. Сборник сведений о георгиевских кавалерах и боевых знаках отличий кавказских войск. Тифлис. 1901.