Kukaş kurqanı
Kukaş kurqanı[1] və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan.
Tarixi
Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq[2].
Mənbə
- Arxeoloq İdris Əliyev.
- Azərbaycanın Cek kəndinin camaatı bəyanat verdi Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
- Azərbaycanda yaşayan Cek xalqının təmsilçiləri bəyanat verib (az.)
- Həsən Ağayev: "Qubada tapılan kurqan müasir Cek kəndinin ərazisindədir" (az.)
İstinadlar
- Tariximiz zənginliyimizdir: Cek kurqanları. Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine xalqqazeti.com (az.)
- Xınalıq kəndinin tarixi görkəmi bərpa olunur. mct.gov.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)