Zamirə Hacıyeva

Zamirə Hacıyeva (tam adı: Zamirə Şirəli qızı Hacıyeva; d. 18 iyul 1963) — Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı və Böyük Britaniyanın korrupsiyaya qarşı mübarizə qanunu olan İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs.[1][2] Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar.[3][4]

Zamirə Hacıyeva
Zamirə Şirəli qızı Hacıyeva
2019-cu ildə Zamirə Hacıyeva Londonda
2019-cu ildə Zamirə Hacıyeva Londonda
Doğum tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşları Cahangir Hacıyev
Anar Mahmudov
Uşaqları iki oğlu və bir qızı
Milliyyəti Azərbaycanlı

Həyatı

Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub.[5] Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlüydən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub.[6]

Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.[5] O, 42 mln. manatı mənimsəməkdə ittiham olunub.[7]

Oğurlanması

Zamirə Hacıyeva 10 fevral 2005-ci ildə Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstə tərəfindən qadın gözəllik salonundan çıxarkən oğurlanıb.[8] Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar.[9] Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın BBC-yə verdiyi məlumata əsasən, o zaman Zamira Hacıyevaya görə on milyon dollar pul tələb olunub.[9] Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatından sonra Zamirə Hacıyeva azad olunub, Hacı Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.[9]

Hacı Məmmədovun sözlərinə görə, 2005-ci ildə martın 8-ni girovluqda qarşılayan Zamirə Hacıyevaya bir vəzifəli şəxsin adından gül bağışlayıb.[10] Bundan əvvəl isə Zamirə Hacıyevaya prezident yanında müşavirə olduğu, həmin müşavirədə adam oğurluqları, birbaşa Z. Hacıyevanın oğurlanmasının da müzakirə edilməsi haqda məlumat verib.[10]

2006-cı il avqustun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Hacı Məmmədov onu da deyib ki, oğurlanma "hansısa böyük qüvvənin sifarişi olub".[10] Amma həmin qüvvənin adını açıqlamayıb.[10]

İngiltərədə həyatı

O, 15 noyabr 2014-cü ildə Cahangir Hacıyevlə Bakını tərk edib və İngiltərədə həyat qurmaq üçün Böyük Britaniyada investor vizası alıb.[11] Britaniyanın daxili işlər nazirliyinin məlumatına görə, cütlüyün "ən azı 55 milyon funt sterlinq var-dövləti" olub.[3] Məlumata görə, Cahangir Hacıyev ona "I kateqoriyalı viza" üçün 200 min funt sterlinqə yaxın pul və yaşayış üçün hər ay 20 min funt sterlinq ayırıb.[3]

Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.[11] Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada — Azərbaycan Beynəlxalq Bankından sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.[11]

İzahedilməmiş Sərvət Sərəncamı

Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb.[1] Londonda 22 milyon funt-sterlinqlik daşınmaz əmlakı olan Hacıyeva əmlakın qanuni gəlirlə əldə edilməsinin mənbəyini sübut edə bilməyən Hacıyevanın, mülkləri müsadirə edilib.[1] Hacıyeva KİV-lərdə çıxan xəbərlərdən sonra kimliyinin açıqlanmaması üçün başlatdığı məhkəmə mübarizəsini də uduzub.[12]

Zamirə Hacıyeva ilk dəfə "İzahedilməyən Sərvət Sərəncamı" tətbiq ediləndə buna qarşı çıxmağa cəhd etsə də, hakimlər ona 39 milyon funtu geri ödəməyi əmr edib. Bunların ardınca Zamira Hacıyeva məhkəmə qarşısında bildirib ki, böyük bir haqsızlıqla üz-üzə qalıblar: "Həyat yoldaşım qanunlara sadiq adamdır. Ortada böyük bir ədalətsizlik var və biz onun qurbanıyıq. Həyat yoldaşım Azərbaycan Beynəlxalq Bankında işləməmişdən əvvəl də bacarıqlı bir iş adamı olub və özü var-dövlət qazanıb".[1]

Britaniya Milli Cinayətlər İdarəsi isə Cahangir Hacıyevin 1993–2015-ci illərdə bu qədər sərvətə malik ola biləcəyini mümkünsüz hesab edib.[12] Məhkəmədə Hacıyevanı saatı 500 funt sterlinq olan barrister Ceyms Lyuis müdafiə edib.[3]

2018-ci il oktyabr ayının 31-də Zamirə Hacıyeva Londonda həbs edilib.[13] Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.[13] O iki mənimsəmə ittihamı ilə günahlandırılır və oktyabr ayının 31-i axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.[13] Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər.[13] Bunun üçün o, 500 min funt stelinq məbləğində zəmanət ödəməlidir.[13] Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.[13]

Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz edib və buna görə də o təcridxanada saxlanılıb.[13] Bundan əlavə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt sterlinq məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub.[13] Zinət əşyalarını Londondakı "Christie's" hərrac evində satılmaq üçün verilibmiş.[13] Britaniyanın Milli Cinayətlə Mübarizə Agentliyi qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub.[13]

Noyabrın 8-də Ali Məhkəmənin hakimi cənab Ceremi Beyker "əhəmiyyətli əsaslar" olmadığını deyərək ona zəmanətə buraxılması barədə qərar verib.[14] Zamirə Hacıyeva 500 min funt sterlinq qarşılığında zəmanətə buraxılıb və onun evinə elektron etiketləmə cihazı qoyulub.[14] Zəmanət şərtlərinə görə, o, 2019-cu ilin iyununadək axşam 9-dan səhər 6-dək evdə olmalı və hər gün Çarinq Kross polisinə məlumat verməli idi.[14] O həmçinin Londondan kənara çıxmamalı, səyahət sənədi üçün müraciət etməməli idi.[14]

2019-cu il sentyabrın 26-da Vestminster Maqistreyts Məhkəməsi Z. Hacıyevanın Azərbaycana ekstradisiya edilməməsi barədə qərar qəbul edib.[15] Azərbaycan hökumətini təmsil edən vəkil isə qərardan apelyasiya şikayəti verib.[15][16]

2020-ci il fevralın 5-də London Yüksək Məhkəməsi Zamirə Hacıyevanın apellyasiya şikayətini təmin etməyib.[17] Onun vəkilləri dekabr ayında Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı Apelyasiya Məhkəməsinə şikayət etmişdi.[17]

2020-ci il dekabrın 21-də Britaniya Ali Məhkəməsi Zamirə Hacıyevanın pullarını necə əldə etməsini açıqlamağı tələb edən Milli Cinayət Agentliyi tərəfindən ona qarşı açılan cinayət işinə qarşı apelyasiya şikayətini rədd edib.[18]

Alış-verişləri

Zamirə Hacıyeva on il ərzində Londonda yerləşən Harrods alış-veriş mərkəzində 16 milyon funt xərcləyib

Hacıyeva on il ərzində Harrods-da 16 milyon və ya günə dörd min funt sterlinq xərcləyib.[1] O, Cartier zinət əşyalarına £433000, lüks kişi geyimlərinə 20 min funt sterlinq, lüks zinət, ətir və saat markası olan Boucheron-da 150 min funt sterlinqdən çox pul xərcləyib.[1] Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq alış-veriş edib.[1] Hacıyeva alış-verişləri üçün ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.[1] Onun sevdiyi geyim brendlərinə Fendi, Celine, Van Cleef & ArpelsDennis Basso, alt paltarı brendlerinə Agent ProvocateurLa Perla daxildir.[19] O, Dennis Basso geyim əşyalarına bir gündə £133220 xərcləyib.[19] The Burger barında yemək və içkilərə £5650 xərcləyib.[19]

Britaniya mətbuatının məlumatına görə, Zamirə Hacıyeva 1500 funt sterlinqlik pomeranian iti ilə Londonda gəzərkən, onun üzərində 6500 funtluq Hermes "Constance" əl çantası, 625 funtluq Gucci Ace idman ayaqqabısı, 530 funtluq Gucci idman paltarı və 290 funtluq Miu Miu günəş eynəyi olub.[20]

O, Disneyin eksklüziv mağazasında Bibbidi Bobbidi Boo kassasında £99000 xərcləyib. Kimin üçün olması bəlli olmasa da, Disney dükanında, həmçinin uşaqlar üçün qız və oğlan şahzadə geyimlərinin bir saatlıq istifadəsinə görə £1000 ödənilib.[21] Həmin gün o, Boucheron daş-qaşına £160000 xərcləyib.[21] O, pulu təkcə özünə xərcləməyib, həmçinin hədiyyə də alıb. Bir dəfə o, kişi əşyaları dükanında hədiyyə bağlaması üçün £1371 ödəyib.[21]

Zamirə Hacıyeva 29 sentyabr 2006-cı ildən 14 iyun 2016-cı ilədək Harrods-da 16309077.87 funt sterlinq xərcləyib və bu xərclərin 6 milyonu ərinin bankına məxsus 35 kredit kartındən ödənib.[21] Ümumilikdə isə o, 54 kredit kartından istifadə edib.[21] Onlardan £790,000 funt sterlinq Harrods-un oyuncaq bölməsində xərclənib.

2007-ci ildə Zamir Hacıyeva Miu Miu dükanından əşyalara 25 ədəd American Express kartların ilə £10,616 ödəyib.[21]

20 iyun 2008-ci ildə Zamir Hacıyeva £925 funta alt paltarı və corab alıb. Düz 63 dəqiqə sonra o, sevimli dükanı olan Cartier-də £433,389.79 funt sterlinq xərcləyib.[21] Həmin günün axşamı isə 374 funt sterlinqə "kişi paltarları dizayneri"ndən əşya alır.[21] Günlər sonra o, dizayner Eli Taharidən 8,387 funt sterlinqlik əşyalar və £847 məbləğində ətir alır.[21] 26 iyunda isə lüks saat dükanında üç əşya üçün £17000 xərcləyib.[21]

Məhkəmənin əldə etdiyi məlumata görə, Hacıyeva 2009-cu ildən əvvəl Britaniya Vircin adalarında əsaslanan şirkətin köməyi ilə Londonun Naytsbric rayonunda, Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt ödəyib.[22] 2018-ci ilin fevral ayında Britaniyanın Milli Cinayət Agentliyi Hacıyevadan Londonda aldığı villa üçün ödənilən 22 milyon funtun mənşəyi barədə məlumat təqdim etməsini istəmişdi.[12] Bunun üçün Hacıyeva "İzahedilməmiş Sərvət Sərancamı" vasitəsilə gəlirinin şəffaf olduğunu izah etməli idi.[12]

Məhkəmənin əldə etdiyi məlumata görə, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkşayr qraflığında, Askot kəndinin yaxınlığında qolf kursu və "Mill Ride Golf Club"-unu almaq üçün 10 milyon funt xərcləyib.[1] Rəsmi məlumatlar cütlüyün Harrodsın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta Gulfstream G550 cet təyyarəsini aldığını da ortaya çıxarıb.[23]

2014-cü ildə Tom Dikson dizaynerinin mebel əşyalarına isə £167000 xərcləyib.[19] O, qanadlı kresloya £3500, konsol masasına £2550 və kitab şkafına £2000 xərcləyib.[19] Həmin ildə bir günə soyuq ətlərə £2000 xərcləyib.[24]

2015-ci ilin fevral ayında Kristian Dior şirkətinin əşyalarına £286110 xərcləyib.[19]

2019-cu il yanvarın 15-də Britaniyanın aidiyyəti qurumları Zamirə Hacıyevanın bir milyon funt sterlinqdən bahalı 8,9 karatlıq briliyant üzüyünü müsadirə edib.[25]

2019-cu il may ayında Britaniya mətbuatının məhkəmədən əldə etdiyi sənədlərdə qeyd olunur ki, Zamirə Hacıyeva əvvəlcə, çox ehtiyatla alış-veriş edirmiş — £842 uşaq kitablarına və £140 ətirlərə xərcləyib.[21] Sonra o, Cartier daş-qaş əşyaları dükanında £181, Miu Miu dizayner geyimlərinə £1,600 və Ferragamo ayaqqabılarına £1,539 ödəyib.[21]

Zamirə Hacıyevanın alış-veriş siyahısı[26][27][28]
MəhsulİstehsalçıMəbləğ (Funt sterlinq)
Cavahirat və saatlarBoucheron4,000,000
Cavahirat və saatlarCartier1,750,000
PaltarCeline298,540
CavahiratMikimoto232,810
PaltarChristian Dior160,072
PaltarFendi136,000
PaltarDennis Basso133,200
Disney şahzadə emporiumuBibbidi Bobbidi Boutique99,574
Qida və mebelTom Dikson53,200
Belçika şokoladlarıGodiva Chocolatier32,000
CavahiratVan Cleef & Arpels20,000
Meyvə və tərəvəz10,000
Qida və içkiThe Burger Bar5,650
Üzgüçülük paltarlarıLa Perla3,417.85
Qida və içki"Chai Wu" restoranı1,920.35
Alt paltarlarıAgent Provocateur1,908
PaltarGucci1,155
EynəkMiu Miu290
KürüCaviar House164.16

Populyar mədəniyyətdə

2018-ci ildə Gündüz Ağayevin çəkdiyi "Hər uğurlu qadının arxasındakı dayaq" karikaturası

Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar.[3][29][30][31] Azərbaycan karikaturaçısı Gündüz Ağayev Cahangir və Zamirə Hacıyevanın məhkəmə işini "Hər uğurlu qadının arxasındakı dayaq" karikaturası ilə işıqlandırıb.

İstinadlar

  1. "Zamirə Hacıyeva - Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Londonda 21 milyon dollar xərcləyib". www.bbc.com. BBC. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2018.
  2. Bentham, Martin. "Revealed: name of £16m Harrods big spender facing McMafia-style 'dirty money' probe". The Evening Standard. 10 October 2018. 18 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2018.
  3. "MRS MCMAFIA UNMASKED Jailed banker's wife who blew £16m 'stolen cash' at Harrods has been unmasked as jobless Zamira Hajiyeva". www.thesun.co.uk. www.thesun.co.uk. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  4. "'McMafia' law: woman who spent £16m at Harrods is jailed banker's wife". www.theguardian.com. www.theguardian.com. 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  5. "Bədxərc Zamirənin "keşməkeşli" həyatı - Dosye". news.milli.az. news.milli.az. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2018.
  6. "Family wealth of former National Security Minister". www.meydan.tv. www.meydan.tv. 2018-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  7. "Cahangir Hacıyev özünü təqsirli bilmir". www.amerikaninsesi.org. www.amerikaninsesi.org. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2018.
  8. "Identity of mystery banker's wife who spent £16million in Harrods REVEALED". www.mirror.co.uk. www.mirror.co.uk. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2018.
  9. "Zamirə Hacıyeva kimidir?". www.bbc.com. BBC. 2019-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  10. "Zamirə Hacıyeva kimdir". www.azadliq.org. www.azadliq.org. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2020.
  11. "Cahangir Hacıyevin həyat yoldaşı Londonda peyda oldu - 50 milyonluq mülkü müsadirə edildi". open.az. open.az. 2018-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2018.
  12. "UK court lifts anonymity for woman who spent £16 million at Harrods in unexplained wealth case". cnn.com. CNN. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  13. "Woman who spent £16m in Harrods arrested". www.bbc.co.uk. www.bbc.co.uk. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2018.
  14. "Zamirə Hacıyeva zaminə buraxılır, amma evinə yoxlama cihazı qoyulacaq". www.bbc.com. BBC. 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2018.
  15. "Banker's wife who was hit with 'McMafia' order after a £16m Harrods shopping spree that included £4m on jewellery and £30,000 on chocolate is set to walk free". www.dailymail.co.uk. www.dailymail.co.uk. İstifadə tarixi: 28 sentyabr 2019.
  16. "Wife of jailed fat cat banker who spent £16 million in Harrods won't be sent back to Azerbaijan to face trial". www.thelondoneconomic.com. www.thelondoneconomic.com. 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2019.
  17. "Zamira Hajiyeva: Woman loses battle over UK's first unexplained wealth order". news.sky.com. news.sky.com. 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  18. "Wife Of Jailed Azerbaijani Banker Loses Final Appeal Against Britain's 'Unexplained Wealth Order'". www.rferl.org. www.rferl.org. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2020.
  19. "Wife of Azeri banker spent £30k on chocolates at Harrods in one day as part of £16m spree". www.telegraph.co.uk. www.telegraph.co.uk. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2020.
  20. "Woman who spent an incredible £16million at Harrods in a decade wears extravagant £8,500 outfit". linook.com. linook.com. İstifadə tarixi: 7 noyabr 2018.
  21. "Zamirə Hacıyeva Londonun sendviç barında £332000 xərcləyib". www.bbc.com. BBC. 28 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2019.
  22. "Zamira Hajiyeva, wife of jailed banker, named as subject of 'McMafia' order". news.sky.com. news.sky.com. 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  23. "Banker's wife who spent £16million in Harrods over 10 years unmasked in probe over vast wealth". www.dailyrecord.co.uk. www.dailyrecord.co.uk. 2018-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.
  24. "Woman in £16m Harrods spend loses wealth seizure challenge". www.bbc.co.uk. www.bbc.co.uk. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  25. "Azerbaijani banker's £1m diamond ring seized in 'dirty money' inquiry". www.theguardian.com. www.theguardian.com. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2019.
  26. "'McMafia' wife's £16MILLION shopping list is revealed: How disgraced Azerbaijan banker's partner blew £4million on jewellery, £1m on Harrods toys and £30k on Belgian CHOCOLATE". www.dailymail.co.uk. www.dailymail.co.uk. 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2020.
  27. "Court releases £16m Harrods shopping list in 'McMafia' case". www.theguardian.com. www.theguardian.com. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2020.
  28. "Wife of Azeri banker spent £30k on chocolates at Harrods in one day as part of £16m spree". www.telegraph.co.uk. www.telegraph.co.uk. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2020.
  29. "Arrestada 'Lady Shopping', que gastó 18 millones en Harrods para blanquear dinero". elpais.com. elpais.com. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
  30. "Chi è Zamira Hajiyeva, la "lady shopping" della Londra di lusso". www.repubblica.it. www.repubblica.it. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
  31. "'Mrs McMafia' Zamira Hajiyeva was waved into Britain". www.thetimes.co.uk. www.thetimes.co.uk. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.