Zalxa gölü
Zalxa — Laçın və Kəlbəcər rayonları ərazisində göl. Bazarçayın yuxarı hissəsində, 3062 m. yüksəklikdə yerləşir. Bazarçay Zalxa golündən başlanır. Şirin sulu, axarlı kiçik göldür. Yerli məlumata görə, guya gölün ətrafinda Zalxa adlı bir qadına məxsus yurd yeri olmuş və göl də onun adını daşıyır. Bəzi tədqiqatçılara görə, hidronim monqol dilindəki zulxe/zolxe (boyuk, iri) sözü ilə bağlıdır. Əslində heç də böyük olmayan bu gölün adı türk dillərindəki yalga/yalxa (monqol dilində bu söz zalxa kimi işlənir) sözundən olub, “uzanan, uzununa inkişaf edən” mənasındadır. Bu da gölün axarlı olması ilə bağlıdır.[1]
Zalxa | |
---|---|
azərb. Zalxa | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3062 m |
Yerləşməsi | |
39°52′03″ şm. e. 45°51′27″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayonlar | |
|
|
|
Həmçinin bax
İstinadlar
- Zalxa gölü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.