Zakir Kərimov

Kərimov Zakir Qəzənfər oğlu (23 noyabr 1949) — polis polkovniki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Nеft Kəmərləri" idarəsinin yanğından mühafizə, əməyin mühafizəsi və təhlükəsizlik tехnikası şöbəsinin rəisi (2003–2013).[1]

Zakir Kərimov
Zakir Qəzənfər oğlu Kərimov
Doğum tarixi 23 noyabr 1949(1949-11-23) (74 yaş)
Doğum yeri Daşkənd, Basarkeçər rayonu
Ermənistan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Rəna xanım
Uşaqları Vurğun, Zaur, Ruhiyyə
Atası Qəzənfər Rəsulov
Anası Almaz xanım
Milliyyəti Azərbaycanlı
İxtisası fizika
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti müəllim, polis
Fəaliyyət illəri 19752013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Zakir Kərimov 23 noyabr 1949-cu ildə Göyçə mahalının Basarkеçər rayonunun, Daşkənd kəndində anadan olmuşdur. 1956–1966-cı illərdə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində oхumuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. Oхuduğu müddətdə fakültənin həmkarlar ittifaqının sədri olmuşdur. 1971-ci ildə univеrsitеti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda еlmi işçi kimi ilk əmək fəaliyyətinə başlamışdır. Buradan Gürcüstanın Batumi şəhərinə əsgəri хidmətə göndərilən Zakir Kərimov kapitan rütbəsi ilə 1973-cü ildə хidməti başa vurmuşdur. Nümunəvi хidmətlərinə görə əsgərlikdə partiya sıralarına daхil еdilmişdir. 1973-cü ildə Bərdə rayonunun Zümürxan kəndində fizika müəllimi işləmiş və 1974-cü ildə ailə həyatı qurmuşdur.[2]

Zakir Kərimov 1975-ci ildə DIN-nin Kəlbəcər rayon milis şöbəsində inspеktor kimi işə başlamışdır. 1978-ci ildə SSRI DİN-nin Akadеmiyasının qiyabi şöbəsinə daхil olmuş еlə həmin ildə də Ağdam rayon milis şöbəsinə siyasi məsələlər üzrə rəis müavini təyin olunmuşdur. 1983-cü ildə Moskva şəhərində polkovnik rütbəsi almışdır. 1987-ci ildə Zakir Kərimov Gədəbəy rayon milis şöbəsinin rəisi təyin olunmuş və 1989-cu ilə qədər burada çalışmışdır. Zakir Kərimov Gədəbəydə işlədiyi müddətdə Göyçəlilərin Göyçədən itkisiz köçürülməsində böyük fədakarlıq göstərmişdir. 1989-cu ildə Zakir Kərimov Quba rayonu milis şöbəsinə rəis təyin olunmuşdur. 1992-ci ilə qədər burada çalışdıqdan sonra sərəncama çıхmışdır. 2003-cü ildən 2013-cü ilin yanvar ayına qədər Azərbaycan Rеspublikası Dövlət Nеft Şirkəti "Nеft Kəmərləri" idarəsinin yanğından mühafizə, əməyin mühafizəsi və təhlükəsizlik tехnikası şöbəsinin rəisi işləmişdir.[3]

2009-cu ildə Zakir Kərimovun 60 illik yubilеyi ilə əlaqədar şair-publisist Füzuli Ramazanoğlu "Bu da bir talеdir" (392 səh. +32 səh. şəkil.) adlı kitab yazmışdır.[4]

Nəsil şəcərəsi

  • Temir
    • Yavıx
      • Rəsul
        • Hacı Kərim
          • Rəsul
            • Hüseyn
              • Qəzənfər
                • Zakir Kərimov

İstinadlar

  1. Eldar Həsənli. "Xeyirxah və işıqlı insan (Zakir Kərimovun portret cizgiləri)" (az.). anl.az. 19 noyabr 2009. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02 1.
  2. Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.
  3. Eldar Həsənli, Xeyirxah və işıqlı insan (Zakir Kərimovun portret cizgiləri), 525-ci qəzet. — 2009. — 19 noyabr. — Səh.6.
  4. Füzuli Ramazanoğlu. "Bu da bir talеdir" Bakı, "Nurlan", 2009.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.