Zakir Cabbarov

Zakir Cabbar oğlu Cabbarov — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (9 dekabr 1992 - 6 aprel 1994).

Zakir Cabbarov
Zakir Cabbar oğlu Cabbarov
bayraq
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
9 dekabr 1992 6 aprel 1994
ƏvvəlkiAzər Məmmədov (memar)
SonrakıMuradxan Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xırmanlar, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Cabbar Cabbarov
Uşağı Elnur Cabbarov (şəhid)

Həyatı

Cabbarov Zakir Cabbar oğlu 22 dekabr 1937-ci ildə Laçın rayonunun Xırmanlar kəndində ziyalı ailəsində anadan olmuşdur.

7 illik kənd məktəbini, sonra isə Laçın şəhərində tam orta məktəbin 10-cu sinfi bitirib.

1964-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

1969-cu ildə Universiteti bitirərək Azərbaycan dili və Ədəbiyyatı müəllimi ixtisası almışdır.

1969-cu ildə Laçın rayon Xırmanlar kənd orta məktəbində müəllim işləmiş, bir müddət sonra isə direktoru təyin edilmişdir.

1975-ci ildə Laçın rayon Təhsil Şöbəsinə hərbi metodist təyin edilmişdir. Eyni zamanda Laçın rayonu üzrə Təbiəti Mühafizə idarəsinin sədri vəzifəsində işləmişdir.

1990-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə yaxından iştirak etmişdir.

9 dekabr 1992-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş[1] və 6 aprel 1994-cü ilə qədər bu vəzifədə çalışmışdir.[2]

1994-cü ildən ömrünün sonunadək Laçın rayon Təhsil Şöbəsində hərbi metodist vəzifəsində çalışmışdır.

Zakir Cabbarov 7 yanvar 2013-cü ildə Bakı şəhərində vəfat edib.

Ailəsi

Oğlu Elnur Cabbarov Qarabağ müharibəsi zamanı Laçın Polis batalyonunun tərkibində 1994-cü ildə Füzuli rayonunun Cocuqmərcanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.