Zakir Ağayev

Zakir İsmayıl oğlu Ağayev — baletmeyster, Azərbaycanın əməkdar artisti (2017).

Zakir Ağayev
Doğum tarixi 9 fevral 1956(1956-02-09) (68 yaş)
Doğum yeri
Fəaliyyəti baletmeyster

Həyatı

Z.Ağayev 1973-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında rəqqas kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Moskvadakı Rusiya Dövlət Teatr Sənəti Akademiyası xoreoqrafiya sənəti kafedrasının baletmeyster fakültəsini bitirib. 1990-2000-ci illərdə Bakı Xoreoqrafiya məktəbində dünya xalq rəqsləri və Azərbaycan rəqsləri fənlərindən dərs deyib. 1995-1999-cu illərdə xoreoqrafiya məzunlarının buraxılış konsertlərini yüksək səviyyədə hazırlayıb. O, 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya tələbə və Gənclər festivalının diplomantıdır.

Zakir Ağayev işgüzar, təşəbbüskar müəllim istedadlı rəqqas kimi fəaliyyətini get-gedə genişləndirib, milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. Quruluşçu-baletmeyster işlədiyi vaxtlarda 20-dən çox rəqsə quruluş verib, bu rəqslərin çoxu xarici ölkələrdə, o cümlədən İtaliyada, Hollandiyada, Yaponiyada, Hindistanda, İspaniyada, Avstriyada, İordaniyada, ümumiyyətlə 50-dən çox ölkədə tamaşaçıların böyük rəğbətini qazanmışdır. Z.Ağayevin «Bakı-Tiflis-Ceyhan» neft kəmərinin təbliğ qrupununun konsert proqramında çıxışları xüsusilə əlamətdar olub.

Z.Ağayev həm də xoreoqrafiya əsaslarının nəzəri və praktiki elmi-tədqiqat işlərinin müəllifidir. 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Komediyada baş baletmeyster əvəzi işləyən Z.Ağayevin həmin teatrının bütün cari repertuarında olan tamaşalardakı rəqslərə quruluş veribdir.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Filmoqrafiya

  1. Müəmmalı yubiley (film, 2007)
  2. Sübhün səfiri (film, 2012)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.