Zakari Teylor

Zakari Teylor (ing. Zachary Taylor; 24 noyabr 1784[1][2][…]9 iyul 1850[1][2][…], Ağ Ev[3][4]) — Amerika Birləşmiş Ştatlarının 12-ci prezidenti (1849–1850), peşəkar hərbçi. Onu bəzən apolitik (siyasətdən kənar) prezident də adlandırırlar. Doğrudan da C. Vaşinqton və E. Cekson kimi Zakari Teylor da hərbdə qazandığı uğurlardan siyasi karyera qurmaq üçün istifadə etmişdir. Onun şəxsində ilk dəfə olaraq peşəkar əsgər Ağ Evin sahibi olmuşdur.

Zakari Teylor
ing. Zachary Taylor
4 mart 1849 9 iyul 1850
ƏvvəlkiCeyms Noks Polk
SonrakıMillard Fillmor
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d]
7 noyabr 1848 4 mart 1849
ƏvvəlkiCeyms Noks Polk
SonrakıFranklin Pirs
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1784(1784-11-24)[1][2][…]
Vəfat tarixi 9 iyul 1850(1850-07-09)[1][2][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vəba
Partiya
Fəaliyyəti dövlət xadimi
Həyat yoldaşı
Uşaqları 5
Hərbi xidmət
Qoşun növü Amerika Birləşmiş Ştatları Quru Qoşunları[d]
Döyüşlər
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1846–1848-ci illər ABŞ-Meksika müharibəsində ABŞ ordusuna komandanlıq etmiş və Meksika ordusu üzərində bir neçə əhəmiyyətli qələbə qazanmışdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçilməsinədək cənub ştatlarından seçilən son prezident olmuşdur.

Zakari Teylor 1850-ci ildə qastroenteritdən vəfat etmişdir. 1991-ci ildə onun qalıqlarının kimyəvi təhlili zamanı arsenlə zəhərləndiyi barədə iddialar öz təsdiqini tapmamışdır.

Erkən həyatı

Zakari Teylor 24 noyabr 1784-cü ildə Virciniya Ştatının Orinc dairəsində anadan olmuşdur. Amerikada yaşamış ilk Teylor 1620-ci ildə məşhur "Meyfl auer" gəmisində Yeni Dünyaya gəlmiş piliqrimlərdən idi. Gələcək prezidentin atası Riçard Teylor Virciniya və Kentukkidə böyük torpaq sahələrinə, çoxlu sayda qula sahib olmuş, İstiqlaliyyət müharibəsində zabit kimi iştirak etmişdi. Erkən uşaqlıq çağlarından ailəsi ilə Kentukkiyə köçən Zakari Luisvilldə böyüyür. Ailənin geniş maddi imkanlarına baxmayaraq, səthi təhsil alır. 20 yaşı olarkən Kentukki polisinə qəbul edilir və 1808-ci ildə ona leytenant rütbəsi verilir. Bu vaxtdan etibarən onun bütün həyat və fəaliyyəti ordu ilə bağlı olmuşdur. 1810-cu ildə Merilendli Marqaret Mekel Smitlə ailə qurmuş, bu nikahdan onların altı övladı dünyaya gəlmişdir.

Hərbçi karyerası

Z. Teylorun tərcümeyi-halını Birləşmiş Ştatların XIX əsrin birinci yarısında apardığı müharibələr tarixi kimi dəyərləndirmək olar. O, 1812-ci ildə İngiltərəyə qarşı aparılan müharibədə iştirak edir və mayor rütbəsi alır. Müharibənin sonuna yaxın ordudan tərxis olunmuş və rütbəsinin endirilməsinə baxmayaraq, növbəti il yenidən orduya qayıdaraq əvvəlki hərbi rütbəsini bərpa etmişdir. 1830-cu ildə Konqres "Hinduların köçürülməsi haqqında qanun" qəbul etdi və hinduların əksəriyyəti on il ərzində bəzi yerlərdə torpaq alqı-satqısı haqqında müqavilə yolu ilə, digər yerlərdə zorla boş qərb torpaqlarına köçürüldü. Bu isə hindu qəbilələrinin haqlı narazılığına səbəb oldu və hindularla ABŞ ordusu arasında elan olunmamış qanlı müharibələr başlandı. 1832-ci ildə İllinoysViskonsin ərazisində "Qara tərlanlar" adlandırılan müharibədə iştirak edən Teylor böyük rəşadət göstərir və ona polkovnik rütbəsi verilir. İki il sonra Hindu-seminollarla aparılan müharibədə isə briqada generalı olur. Döyüşlərdə göstərdiyi qəhrəmanlıq və cəsurluğu ona "Qoca dəlisov" ləqəbi qazandırır.

Zakari Teylorun iştirakçısı olduğu sonuncu müharibə 1846–48-ci illərdə Meksika ilə aparılan müharibədir. Müharibə ərəfəsində, xüsusilə Palo-Alto və Monterey yaxinlığındakı döyüşlərdə özünü bacarıqlı sərkərdə kimi göstərmiş və ona general-mayor rütbəsi verilmişdir. Buena-Vista yaxınlığında rəqibin sayca üstün ordusu üzərində çaldığı qələbə isə onu milli qəhrəmana çevirmişdir.

Prezidentliyi

1848-ci il prezident seçkilərində Z. Teylor viqlər partiyasının namizədi olur. Viqlər heç vaxt siyasi fəaliyyət göstərməmiş generalın xalq arasındakı nüfuzuna güvənirdilər. Demokrat partiyası isə daxili çəkişmələrdən olduqca zəif görünürdü. Quldarlığa olan münasibət partiyada ikitirəliyin yaranmasına səbəb olur. Buna görə də partiyanın şimal qanadı ayrılaraq seçkilərdə Azad torpaq partiyası kimi çıxış edir. Onlar quldarlığın yeni yaradılmış ştatlarda yayılmasının qəti əleyhdarı Martin Van Bureni prezidentliyə, C. K. Adamsın oğlu Çarlz Frensis Adamsı isə vitse-prezidentliyə namizəd göstərirlər. Köhnə Demokratlar Miçiqanlı senator Lyuis Kassı namizəd göstərsələr də, onun proqramı tərəfdarlarından ciddi dəstək almır. Belə ki, L. Kass quldarlığın qəbul edilib-edilməməsinin ştatların daxili işi kimi onların özlərinə həvalə edilməsini istəyirdi. Teylorun cənubdan olub Luizianada yaşaması, Miçiqanda pambıq plantasiyaları və 100-ə yaxın qula sahib olması seçkilərdə qalib gəlməsinə mane olmur. İlk dəfə olaraq bütün ştatlarda eyni gündə keçirilən seçkilərdə, seçki hüququna malik əhalinin 72 %-i iştirak edir. Zakari Teylor ümumi səsvermədə 47,4 %, seçimcilərin isə 163 səsini alaraq prezident olur. Nyu-Yorklu liberal viq Millord Fillmor isə vitse-prezident seçilir.

ABŞ prezidentləri sırasında, ölkənin siyasi kursuna onun qədər az təsir göstərmiş ikinci prezident olmamışdır. Gözlənilirdi ki, o bütün qanunvericilik təşəbbüslərini Konqresə etibar edərək, yalnız qanunların icrasına nəzarətlə məşğul olacaq. Teylorun səlahiyyətlərinin icra etməsinə əvvəlcə siyasi cəhətdən daha təcrübəli vitse-prezident Fillmor köməklik göstərsə də, sonradan bu funksiyanı Massaçusetsli senator Uilyam Syüard yerinə yetirir. Onun məsləhəti ilə prezident kadr islahatları aparmaqla viqlərin mövqeyini möhkəmləndirməyə cəhd göstərmiş, lakin əsaslı nəticələrə nail olmamışdı. Diplomatiya sahəsində heç bir təcrübəyə malik olmayan Con Kleytonun xarici işlər naziri təyin olunması uğursuz kadr siyasətinin göstəricisi idi. Nazirin qeyri-diplomatik davranışı Fransa ilə münasibətlərə sərinlik gətirmişdi.

Buna baxmayaraq 1850-ci ildə İngiltərə ilə imzalanmış "Kleyton-Bulever" sazişini Teylor hökumətinin uğuru kimi dəyərləndirmək olar. Bu sazişə əsasən hər iki dövlət Mərkəzi Amerika torpaqlarını ilhaq etməmək haqda öhdəlik götürürdülər. Zakari Teylorun prezidentliyi 1 il 3 ay davam edir. O, 1850-ci il iyulun 9-da Ağ Evdə gözlənilmədən vəfat edir. İstiqlaliyyət gününə həsr edilmiş təntənəli mərasimdə iştirak edən Teylor qızmar günəş altında çoxlu vaxt keçirərək yorğun halda evə qayıtmışdı. Çoxlu meyvə yeyərək, buz kimi soyuq süd içmiş, bunun nəticəsində də onda qıc olma və bağırsaqlarda soyuqlama baş vermişdi. Teylorun qəfi l vəfatı müxtəlif şayiələrin yayılmasına səbəb oldu. Şayiələrdə prezidentin zəhərlənib öldürülməsi versiyası üstünlük təşkil edirdi. Nəhayət 1891-ci ildə aparılan eksqumasiya və məhkəmə-tibb ekspertizası Teylorun ölümündə sui-qəsd olmadığını birmənalı olaraq təsdiq etdi.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.