Zair Azqur
Zair İsaakoviç Azqur (belar. Заір Ісаакавіч Азгур; 15 yanvar 1908[1], Zastadollie[d], Mogilyov quberniyası[d] – 18 fevral 1995, Minsk) — belorus heykəltəraşı. SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1973). Sosialist Əməyi Qəhrəmanı (1978).
Zair Azqur | |
---|---|
belar. Заір Ісаакавіч Азгур | |
Doğum tarixi | 15 yanvar 1908[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 fevral 1995 (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | heykəltaraş, rəssam, siyasətçi |
Təhsili |
|
Janr | heykəltaraşlıq |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
Zair Azqur 15 yanvar 1908-ci ildə Belorusun Molçanı kəndində anadan olub. 1925–1928-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında, 1928–1929-cu illərdə Kiyev Rəssamlıq İnstitutunda 1929-cu ildə Tbilisi Rəssamlıq Akademiyasında təhsil almışdır. Belorus incəsənətində sosialist realizminin görkəmli nümayəndələrindən biridir. Əsasən portret-büst janrında işləmişdir. "N.F.Qastello" (1942), "M.F.Selnitski" (1943), "F.E.Dzerjinski" əsərlərinin müəllifidir. 1973-cü ildə SSRİ xalq rəssamı adı ilə, 1978-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunmuşdur. Zair Azqur 18 fevral 1995-ci ildə Minsk şəhərində vəfat etmişdir.
Təltif və mükatatları
- SSRİ xalq rəssamı (1973)
- Sosialist Əməyi Qəhrəmanı (1978)
- "Lenin" ordeni (1955, 1978)
- "Oktyabr inqilabı" ordeni (1971)
- "Xalqlar Dostluğu" ordeni (1943)
- "Əmək veteranı" medalı (1982)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (1946)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı (1945)
- Stalin mükafatı (1946, 1948)