Zahid Xəlilov küçəsi (Bakı)
Zahid Xəlilov küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Əhməd Cəmil küçəsinə, Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuş Zahid Xəlilovun adını daşıyır. Keçmiş adı Patris Lumumba küçəsi olmuşdur.[1]
Zahid Xəlilov küçəsi | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Şəhər | Bakı |
Rayon | Yasamal |
metro | Elmlər Akademiyası |
Haqqında
Küçə 2014-cü ildə əsaslı təmir olunmuşdur. 2013-cü ildən Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən bağlı olan küçə 2015-ci ilin may ayında açılmışdır.[2]
Yeraltı keçidlər
Elmlər Akademiyası metrostansiyasının ikinci çıxışının inşası Bakı Dövlət Universitetinin yanından sərnişinlərin metroya yolunu asanlaşdıracaq. Bu keçid həmçinin Zahid Xəlilov küçəsində piyadaların bir tərəfdən o biri tərəfə keçidini də təmin edəcəkdir.[3]
Kəsişdiyi küçələr
Küçə Seyfəddin Dağlı küçəsi ilə kəsişmədən başlayaraq Əbdülvahab Salamzadə küçəsində bitir.
- Ayna Sultanova küçəsi
- Məmməd Rahim küçəsi
- Bəxtiyar Vahabzadə küçəsi
- Şəhriyar küçəsi
- Əbdürrəhim bəy Haqverdiyev küçəsi
- Həsən Məcidov küçəsi
- Akim Abbasov küçəsi
Mühüm ünvanlar
- № ? — Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
- № 23 — Bakı Dövlət Universiteti
- № ? — AMEA İnformasiya Texnologiyaları İnstitutu
- № ? — Meqasiti yaşayış kompleksi
- № 57d — adc CENTRE
- № 65 — Bakı şəhəri 53 nömrəli tam orta məktəb
- № 79a — Kürə-Pizza restoranı
- № ? — Shafa studio
- № ? — AZ1141 saylı poçt şöbəsi
- № ? — Lake Palece Hotel
Ədəbiyyat
İstinadlar
- "Mənim küçəm - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti". 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
- "Bəxtiyar Vahabzadə küçəsindəki təmir işləri yekunlaşır" (az.). news.lent.az. 15.05.2015. 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
- Təbriz Vəfalı. "BDU-nun qarşısındakı yolun təmirinə başlanıldı" (az.). hafta.az. 22.04.2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-06.
Xarici keçidlər
