Zahid Dünyamalıyev

Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002).

Zahid Dünyamalıyev
bayraq
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
bayraq2
18 iyul 2001 24 mart 2005
NazirRamil Usubov
bayraq
Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
bayraq2
8 avqust 1993 18 iyul 2001
NazirRamil Usubov
ƏvvəlkiQabil Məmmədov
SonrakıVəzifə ləğv edildi.
bayraq
Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi
bayraq2
1987 1990
SonrakıEldar Həsənov (hüquqşünas)
bayraq
Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəisi
bayraq2
1983 1987
bayraq
Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini
bayraq2
1977 1983
Şəxsi məlumatlar
Doğum tarixi 27 mart 1944(1944-03-27)
Doğum yeri
Vəfat tarixi 10 avqust 2009(2009-08-10) (65 yaşında)
Vəfat yeri
Təhsili
Rütbəsi
Polis general-leytenantı

Təltifləri "Azərbaycan Bayrağı" ordeni  — 2004

Həyatı

Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir.

1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir.

1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır.

Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.[1]

İstinadlar

  1. "ZAHİD DÜNYAMALIYEV VƏFAT ETDİ". musavat.com (az.). 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.

Mənbə

  • "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı. Bakı-1999.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.