Zabit Quliyev

Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.[1][2][3]

Zabit Quliyev
Zabit Adil oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ərəbxana, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı

6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb.[1]

Döyüşlərdə iştirakı

Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib.[1]

Ailəsi

Ailəlidir, bir övladı var.

Mükafatları

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.[1]

İstinadlar

  1. Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya (PDF). Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2008. səh. 129.
  2. "Quliyev Zabit Adil oğlu". avciya.az. 16 iyul 2019 tarixində arxivləşdirilib.
  3. "Quliyev Zabit Adil oğlu". veten-ugrunda.az. 15 oktyabr 2015. 16 iyul 2019 tarixində arxivləşdirilib.

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.