Zabil Ağayev
Zabil Azər oğlu Ağayev (1 mart 1994, Məmmədabad, Saatlı rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Zabil Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Məmmədabad, Saatlı, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | Fizulinin azad olunmasına görə medalı. İgidliye görə medalı |
Həyatı
Zabil Ağayev 1994-cü il martın 1-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub.[1]
Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik çavuşu olan Zabil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayil rayonu, Cəbrayıl. Xocavənd döyuşləri. Xocavənd. Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Ağayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
- (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
- (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[4]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az. 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.