Zabaykal Kazak Respublikası
Zabaykal Ağ Respublikası[1] (bəzi mənbələrdə Zabaykal Respublikası[2], Zabaykal Kazak Respublikası[3][4][5])— Rusiya vətəndaş müharibəsi dönəmində Zabaykal ərazisində Ağların təşkil etdikləri və 1918 ildən 1920 ilə qədər idarə etdikləri dövlət. 25 avqust 1918-ci ildə Çita Sovet hakimiyəti mövcudluğunu itirir. Burada menşevik İ. A. Baksberq, eser S. О. Volodoqski, kadet N. L. Ananin, sosialist K. S. Şreyer və başqaları olmaqla yeni hakimiyyət orqanı olan Müvvəqqəti Sibir hökuməti qurulur. Burada sovetlərin həyata keçirdiyi bütün tədbirlər ləğv edilir. 14 sentyabr 1918 ildə ataman Qriqori Mixayloviç Semyonov Çitaya gəlir. Yaponların dəstəyi ilə onun vahid hakimiyyətə can atması yüksəlir. O, ayrılmış Şərqi Sibir ordusunun komandanı təyin edilir. Ordu atamanı vəzifəsini alır. 9 iyun 1919-cu ildə Aleksandr Kolçakın nümayədəsi və bölgədə sakit-sabitliyin təminatçısı vəzifəsi ilə şərəfləndirilir.
Tanınmamış | |||
Zabaykal Kazak Respublikası | |||
---|---|---|---|
|
|||
→
|
|||
Paytaxt | Çita | ||
Dilləri | rus dili | ||
Rəsmi dilləri | Rus dili | ||
Dövlət dini | şərqi ortodoks xristianlıq, buddizm | ||
Valyuta | Rubl | ||
Ərazisi |
|
||
Əhalisi |
|
||
İdarəetmə forması | Respublika |
Semyonov şəxsi baxımından digər patiyalara müsbət yanaşmasada çox partiyalığa imkan verməli olur. Siyasi hakimiyyətin qurulmasına hətta bolşeviklərdə dəvət edilir. Dövlət hakimiyyətinin ilk aylarında xalqın narazılıqları terrorla bastırılır. Bu isə partizan hərəkatına rəvac verir. Bundan sonra Semyonov liberal xətt götürür. Ancaq xalqın narazılıqlarını tam aradan qaldırmaq mümkünsüz olur. Kolçakın məğlubiyyəti ilə isə yeni dönəm başlayır. Müki və hərbi hakimiyyəti əlində cəmləyən Semyonov vilayət və uyezdə birliklərin fəaliyyətini leqallaşdırır. 4 yanvar 1920 ildə Rusiyanın şərq hissəsində ali hakimiyyət (hərbi və mülki hakimiyyət) Semyonova tapşırılır. Bununla əlaqədar Semyonov tərəfindən hökumət təşkil edilir və ona S. A Taskin rəhbərlik edirdi.
Dövlətin fəaliyyətinin dayandırılması
Dalnevostoçnaya Respublika qurulduqdan sonra (hansı ki Sovet Rusiyasının protrktoratı rolunu oynayırdı) hərbi dirənişin əhəmiyyətdizliyi ortaya çıxır. Bu andan sonra vətəndaş müharibəsinin danışıqlar yolu ilə həll edilməsi fikri ortaya atılır. Bu məqsədlə 6 iyul 1920 ildə Krayevo xalq toplantısı çağrılır. Üstəlik 12 sentyabr 1920 ildə Müvvəqqəti Şərqi-Zabaykal xalq toplantısı təşkil olunur. Semyonov hətta Sovet Rusiyası ilə əlaqələrin qurulmasına razı olur. Ancaq Sovetlər artıq bu məsələni hərbi yolla çözməyi planlaşdırırdı. Sadəcə Yaponların intervensiyasını gözləyirdi. 19 oktyabr 1920 ildə yaponlar Zabaykal ərazilərini tərk etdikdən sonra Amur cəbhəsi qüvvələri Çita şəhəriinə istiqamətlənir. 21 noyabr 1920-ci ildə bu dövlət qurumun varlığına son qoyulur.
İstinadlar
- "Забайкальская белая государственность". // Энциклопедия Забайкалья (ez.chita.ru). 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-2-10.
- Семёнов Дмитрий Фролович // Волков Е. В., Егоров Н. Д., Купцов И. В. Белые генералы Восточного фронта Гражданской войны : Биографический справочник — М, 2003.;
— цит. по Генерал-лейтенант Дмитрий Семёнов, троюродный брат атамана Г. М. Семенова // "Яковкiнъ Евгенiй : Заметки про Белое Движение и не только…" (jakovkin.livejournal.com), 22.02.2013. Arxivləşdirilib 2020-01-03 at the Wayback Machine и материалам сайта "Белая гвардия" (www.ruguard.ru) (Yoxlanılıb 5 iyun 2013) Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine - Земцов В. Последняя крупная битва Гражданской войны. // Сайт газеты "Аргументы и Факты" (www.aif.ru), 15.02.2012. Arxivləşdirilib 2013-05-07 at the Wayback Machine;
Земцов В. Конец "Чёрного буфера". 90 лет назад закончилась последняя крупная битва Гражданской // "Аргументы и Факты", 15.02.2012. — № 7. Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine - Спиридонов Е. "Лицо казацкой национальности // Бердск. Городской вестник, 20.08.2010". 2014-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-11.; на других сайтах: Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine, Arxivləşdirilib 2014-02-23 at the Wayback Machine, Arxivləşdirilib 2014-02-27 at the Wayback Machine
- Карасев И. Почему Кубань не республика? // Сайт Ивана Карасева "rbardalzo" (www.rbardalzo.narod.ru), 2010. (Yoxlanılıb 5 iyun 2013)
Mənbə
- Ataman Semyonovun həyatı Arxivləşdirilib 2011-03-14 at the Wayback Machine
- О японской интервенции и атамане Семенове (rus.)