Zabazadur

Zabazadur — Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində mövcud olmuş kənd.

Tarixi Azərbaycan əraziləri
Zabazadur
Ümumi məlumatlar
Bölgə Zəngəzur mahalı

Tarixi

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində olmuş Zabazadur kəndi rayon mərkəzindən 15 km cənub-qərbdə, Salvartı, Dəliçay, Abuzər və Xırdaçayın Qarışığının sağ sahilində, dağ ətəyi dərədə yerləşirdi. 1918-ci ildə ermənilər tərəfindən dağıdılmışdır. Əhalisi bütünlüklə qırılmışdır.

Zabazadur kəndinin coğrafi quruluşu

Zabazadur kəndi Qafqazətəyi Zəngəzur sıra dağlarının şərq hisəsində və həmin istiqamətdən gələn dərələrin birləşdiyi yerdə dəniz səviyyəsindən 2600 m hündürlükdə və qismən Zabazadur dərəsində yerləşırdi. Kəndin yeri yaşayış ücün tam uygun yerdə yerləşmişdi. Demək olar ki, dağ çayının və bir neçə bulaq suyundan yaranan Zabazadur dərəsindən axan suyun kənarında yerləşırdi. Hortuyüz kəndinin və indiki İranın Gilan bölməsindən köçürülən ermənilər üçün salınmış Təzəkəndin (sonralar bu ad bir neçə dəfə dəyişdirilərək erməniləşdirilmişdir: əvvəlcə birbaşa tərcümə edilərək Tazagyuğ, sonra isə hətta ermənicə də heç bir məna verməyən "Tasik" kimi adlandırılmışdır. Müsəlmanlara və türklərə qarşı düşmənçiliyi və qəddarlığı ilə fərqlənən həmin kəndin əhalisinə Qıllan (Gilan) erməniləri deyərmişlər) yaxınlığında idi. Dəliçay, Taxtakörpüçay, SalvartıçayXırdaçayın qovuşuğundan əmələ gələn Qarışıq çayın sahilində yerləşirdi. Qızıl kilsədən bir qədər aşağıda idi.

Türklərin qatili olan Andranikin bilavasitə iştirakı ilə erməni silahlı qüvvələri 1918-ci ilin yayı və payızında Zəngəzurun əliyalın müsəlman kəndlərinə hücum edib, əhalisinin əksəriyyətini qırmışlar. Cəmi bir-neçə kənddən cüzi miqdarda adam qaçıb qırğından qurtara bilmişdir. Zabazadurla yanaşı aşağıda adları çəkilən kəndlər də yerlə yeksan edilmiş, kəndlərin bir qisminin yeri şumlanmış, digər hissəsinin isə xarabalıqları qalmışdır: Ərikli, Şükar, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, İrlik, Paxlalu, Dərəbas, Əlili, Kürdlər, Ağdü, Vağadü, Urud, Sisian (bu kəndin adı dəyişdirilib Hatsavan qoyulmuş, kənddən qaçmış müsəlmanların evlərinə ermənilər yerləşdirilmişdi, Qarakilsənin adı isə dəyişdirilib Sisian qoyulmuşdur - bu da ermənisayağı iz itirmə metodudur), Hortuyüz, Ərəfsə, Şəhərcik, Comartlu, Şıxlar, Sofulu, Murxuz, Qıvraq, Dəstəyird və s.

Mənbə

  1. Məhərrəmov E.Ə. Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, t.e.n. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası // Xalq qəzeti, 19-20 aprel 2001
  2. Магеррамов Э.А. Депортация азербайджанцев из Западного Азербайджана // Исторические факты о деяниях армян на азербайджанской земле. Баку, Nurlan, 2003, с.63-74
  3. http://www.azerbaijan.az/_Karabakh/_Documents/Documents/document_16_a.html Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.