Zağlı

ZağlıAzərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd.

Zağlı
41°08′47″ şm. e. 48°49′46″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şabran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Zağlı xəritədə
Zağlı
Zağlı

Mədəniyyəti

Kənddə tarixən Quba-Şirvan xalça tipinin Quba qrupuna aid olan "Zağlı" çeşnisi və eləcə də "Pirəbədil","Herat Pirəbədil" və Çiçi kəndinin adını daşıyan "Qollu Çiçi", "Sırt Çiçi" və"...gül Çiçi" xalçaları toxunmuşdur. Kəndin əhalisinin vətən müharibəsindən sonra kəskin azlması və yerli qadınların başqa kəndlərə ərə getməsi nəticəsində "Zağlı" çeşnisinin toxunmamasına, digər xalçaların isə nadir halda toxunmasına gətirib çıxarmışdır. Kənddə ev tikmə mədəniyyəti tarixən çox qədimdən inkişaf etmişdir. Kənddə evlər əsasən "Ayı balası" adlanan çay daşından seçilərək düzəldilmiş kərpiclərdən tikilib. Evlər zəlzələyə davam etsin deyə xüsusi palıd tirlərlə hörülüb.

Coğrafiyası və iqlimi

Zağlı kəndi Azərbaycan Respublikasının şimal-şərqində, Şabran rayonunun dağlıq hissəsində, rayon mərkəzindən 18 km aralı olan dağ kəndidir. Kənd 650-700 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Kənd enliyarpaqlı meşələrlə əhatələnmişdir. 3 tərəfdən yüksək dağlarla əhatə olunmuşdur. Kəndin yerləşdiyi təpə 2 tərəfdən cay yatağları ilə ayrılmış məşhur Neft (Nöyüt) dağının cənub yamacındadır. Kəndin cənub hissəsi Dəvəçi çayının vadisinə baxır və təmiz havada kənddən 30–35 km uzaqlıqda yerləşən Xəzər dənizi görünür.

Əhalisi

Zağlı kəndinin əhalisi tatlardır. Tat dili bu gündə məişətdə istifadə olunur. Dindarları müsəlman-sünnilərdir. Hal-hazırda kənddə 7 ailə yaşayır. Bu ailələr əsasən eyni kökdən olub, əksəriyyəti kəndin Alişanlı nəslinə mənsubdurlar.

Tanınmış şəxsləri

  • Xəlilov Umud - Azərbaycan Demokratik Respublikası (1918-1920) parlamentiin üzvü.
  • Xəlilov Əmrulla Həmid oğlu ( d.t. 1884- 1978) - şəxsi igidlik, qorxmazlığı ilə tanınan rayon ağsaqqalı.
  • Xəlilov Nurulla Əmrulla oğlu (1929-1987) - Azərbaycan SSR qabaqcıl maarif xadimi, SSRİ maarif əlaçısı, pedoqoji elmlər namizədi (1968) .
  • Rəsulov Abdulla Xalidşah oğlu (1928-1997) - tarix elmləri namizədi(1983), pedaqoq.
  • Xəlilov Şirinbala Əmrulla oğlu - SSRİ idman ustası, 1958-1960-ci illərdə ali məktəblər üzrə respublika çempionu, 1961 - 1962-ci illərdə sərbəst güləş üzrə Azərbaycan çempionu, dəfələrlə SSRİ birinciliyinin iştirakçısı.
  • Fərzəliyev Müslüm Əhmədağa oğlu (1922-1976) - Şabran Rayonu Zağlı, Dağ Bilici və Düz Bilici kəndinin keçmiş Kənd soveti, mühasib. 1941-1945 "Böyük Vətən Müharibəsi" iştirakçısı veteran.
    Xəlilov Nurulla Əmrulla oğlu
Fərzəliyev Müslüm Əhmədağa oğlu
Xəlilov Əmrulla Həmid oğlu

Tarixi

Kəndin tarixi çox qədimdir. 1956-1957-ci illərdə kəndin yaxnlığında neft kəşfiyat işlərinin aparilması ilə əlaqədar yollar çəkilərkən müasir kənd qəbirastanlığının şimalında küp qəbirlər aşkar edilmişdir. Lakin sonralar arxeloji tədqiqatlar aparılmadı. Kənd qəbirastanlığında coxlu sayda daş sənduqələr vardır.

Vaxtı ilə kənd 7 məhəllədən ibarət olmuşdur. Hər məhəllədə böyük bir nəsil yaşamışdır və məhəllədə həmin nəsillərin ən tanınmış və ya nəsli yaratmış şəxsin adı ilə adlanmışdır. Məhəllə adları: Alişanlı, Davudlar, Qocalı, Mirzəli, Kəkəlılər.

Mənbə

  • Лятиф Керимов: Азербайджанский Ковер-Баку 1983.
  • А.А.Грюнберг: Язык североазербайджанских татов- Ленинград 1963, Изд.АН СССР

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.