Zəyəm Cırdaxan
Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var.
Zəyəm Cırdaxan | |
---|---|
40°53′12″ şm. e. 45°49′35″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7.546 nəfər |
|
Tarixi
Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII-XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi-mədəniyyət nümunələri təsdiq edir. Kənndə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.
Əhalisi
Əhalisi 10300 nəfərdir. Zəyəm Cırdaxan Azərbaycanda 97-ci yaşayış məntəqəsidir.Zəyəm-cırdaxan kəndinin ərazisi 70 km-dir. Şəmkir rayonunda isə rayon mərkəzi olan Şəmkir şəhərindən sonra ən böyük yaşayış məntəqəsidir. Zəyəm Cırdaxanın əhalisinin əsasən kənd təsərrüfatı, heyvandarlıq və ticarət ilə məşğuldur.Əhalinin bir hissəsi öz mal-qarasını dağətəyi zonada otarır, kənddə bir neçə ferma mövcuddur, sahələrdə isə pomidor, kartof, qarğıdalı, taxıl kimi bitkilər becərilir Əhalinin bir hissəsi Rusiyada işləyir. Zəyəm Cırdaxanda 10000-11000 nəfər əhali yaşayır.
Təhsil
Kənddə iki məktəb mövcuddur. Sərdar Məmmədov adına tam orta məktəbin yeni binasi 2011-ci ildə istifadəyə verilmişdir. Həmin məktəb 1936 ci ildən fəaliyyət göstərir, məktəbdə 1200 şagird təhsil alır. 50 sinif otağı və fənn kabinetləri mövcuddur
Su təsərrüfatı
Kənddə suvarma üçün Zəyəmçaydan çəkilmiş kanaldan istifadə olunur. Sahələrin suvarılması məqsədi ilə artezian quyularından da istifadə olunur. Əhalinin içməli suya ehtiyacını ödəmək üçün Zəyəmçayın suyu təmizlənərək əhalinin istifadəsinə verilir.
Landşaft örtüyü
Kəndin dağətəyi zonası çəmənliklərdən ibarətdir. Meşə zonası dəmirağac, görüş, palıd, çinar kimi ağaclardan və alçaqboylu kolluqlardan ibarətdir. Meşə zonasında yaşı 300 ilə çatan iki çinar ağacı mövcuddur.
Yerləşdiyi mövqe
Zəyəm Cırdaxan çox əlverişli mövqedə - Zəyəmçayının sol sahilində, meşə kənarında, Şəmkir rayonunun orta dağlıq və dağətəyi bölgəsində yerləşmişdir. Ərazidəki tünd və adi boz-qəhvəyi və açıq şabalıdı torpaq əkinçilik üçün yararlı və əlverişli torpaqdır. Dağlıq ərazidə bir neçə bulaq mövcuddur. Ən yüksək yeri Kiçik Qafqaz dağlarının şimal şərq yamacına düşür. Maksimal hündürlük 890 metr təşkil edir. Ən alçaq yeri Gəncə-Qazax düzənliyinin cənub tərəfləridir 410 metr təşkil edir.
İqlimi
Zəyəm Cırdaxan subtropik iqlim qurşağında yerləşir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta tempratur 2 ⁰C, yayda isə 23,6 ⁰C-yə yaxındır. Iqlimlə əlaqədar yazda Zəyəmçayda və arxlarda daşqınlar baş verir. Yayda isə quraqlıq hökm sürür.
Orta tempratur və Orta yağıntı miqdarı
Ay | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İl | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Orta temperatur (°C) | 1 | 2 | 6 | 12 | 18 | 22 | 25 | 24 | 20 | 14 | 8 | 3 | 12 | |
Orta yağıntı (sm) | 1,1 | 1,7 | 2,0 | 2,9 | 4,2 | 4,9 | 2,3 | 1,9 | 1,9 | 2,8 | 1,5 | 1,3 | 28,5 | |
Mənbə: www.weatherbase.com |
Şəkilləri
- Zəyəm-Cırdaxan günəş batır
Mənbə
- Şəmkir rayon icra hakimiyyəti
- World Gazetteer-də əhali məlumatları Arxivləşdirilib 2009-02-15 at the Wayback Machine
- cirdaxan.ru
- Azərbaycanın toponimlər lüğəti