Zərrin-mələk xanım

Zərrin-mələk xanım (d. 1824, Şimali Qafqaz - ö. 1842, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin beşinci xanımı.

Zərrin-mələk xanım
Osmanlı türkcəsi: زین فلك خانم‎
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şimali Qafqaz
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi Vərəm
Dəfn yeri Nəqşidil Sultan türbəsi
Fəaliyyəti Əsilzadəlik
Atası Arslan bəy Qılınc
Anası Şaşa Lu
Həyat yoldaşı I Əbdülməcid
Uşağı Behiyə Sultan
Dini sünnilik

Həyatı

Zərrin-mələk xanım əslən abxaz olub, 1824-cü ildə Şimali Qafqazda dünyaya gəldi. Atası abxaz əsilzadələrdən Arslan bəy Qılınc, anası isə onun xanımı Şaşa Ludur. Hələ 5-6 yaşlarında ikən bacısı İhvan xanım (1821-1907), dayısı qızı Əsmahan Lu (1823-1898) və əmisi qızı Əfra Qılıncla (1826-1881) birlikdə Osmanlı sarayına göndərildi. 3 qız uşağı sarayın hərəmində təlim-tərbiyə edildi.

Hərəmdəki təlim-tərbiyə illərində Bəzmialəm Validə Sultanın nəzərini cəlb etdi və onun istəyilə mükəmməl təhsillə yanaşı rəssamlıq təhsili də aldı. 1839-cu ildə Sultan Əbdülməcidlə keçmiş Çırağan sarayında evləndi. 1841-ci ildə yeganə övladı olan Behiyə Sultanı dünyaya gətirdi. Ancaq 1 il sonra vərəmdən vəfat etdi. Cənazəsi Nəqşidil Validə Sultan türbəsinə dəfn edilmişdir.

Bacısı daha sonra saraydan ayrıldı və abxaz bəylərindən Tahir bəylə evləndirildi. Oğlu Emin bəy Sultan Əbdülhəmid səltənətində sarayda xidmət etmişdir.

Dayısı qızı Əsmahan xanım İclal adını aldı və Bəzmialəm Validə Sultanın nədimələrindən oldu. Onun vəfatından sonra Sultan Əbdülməcidin üçüncü xəzinədarı olaraq xidmət etdi. Daha sonra saraydan ayrıldı və şəxsi mülkü olan Ortaköy köşkündə yaşadı. Heç evlənmədi.

Əmisi qızı Əfra xanım isə Gəryalfər adını aldı və öncə Zərrin-mələk xanımın, daha sonra isə Bəzmialəm Validə Sultanın nədimələrindən oldu. Onun vəfatından sonra isə Sultan ƏbdülməcidSultan Əbdüləzizin hərəmində xəzinədar olaraq xidmət etdi. Sultan Əbdüləzizin devrilməsi və qətlindən sonra Pərtəvniyal Validə Sultanın nədiməsi olaraq ölümünədək onunla qaldı.

Övladları

Mənbə

  • Açba, Harun. Kadın efendiler: 1839-1924. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1
  • Sakaoğlu, Necdet. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler (тур.). — Oğlak Yayıncılık, 2015. — С. 574—575. — ISBN 978-9-753-29623-6
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.