Zərnigar Ağakişiyeva
Zərnigar Fəti qızı Ağakişiyeva (6 noyabr 1945 – 8 fevral 2018) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Şöhrət ordeni mükafatçısı, Azərbaycan SSR dövlət mükafatı laureatı.
Zərnigar Ağakişiyeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Rustov, Quba rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Ürək tutması |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Fəti Güləliyev |
Anası | Səadət xanım |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1973–2018 |
Təhsili | |
İstiqamət | Teatr, kino |
Mükafatları |
|
IMDb | ID1075809 |
Həyatı
Zərnigar Fəti qızı Ağakişiyeva (Ağakişi atasının babasının adıdır, Güləli isə babasının. 12 yaşında ikən atasının babasının adını özünə soyad seçib) 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub.
O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.
Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Həyat yoldaşının peşəsi mədəniyyət sahəsinə aid deyildi. Övladları olmayıb.
Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat etmişdir.[1][2] 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır.[3]
Fəaliyyəti
Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.
Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır:
- Tatyana (M.Qorki "Meşşanlar")
- Xuraman (S.Vurğun "Vaqif")
- Dilbər ( C.Cabbarlı "Sevil")
- Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır")
- Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?")
- Zivər (Anar "Təhminə və Zaur")
- Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan")
- Fəxrəndə xanım (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı")
- Bernardo (Federiko Qarsiya Lorka "Dişi canavar")
- Pəri xanım (M.F.Axundov "Lənkəran xanıının vəziri")
- Qadın ( Elçin "Poçt şöbəsində xəyal")
- Yasəmən (S.S.Axundov"Eşq və intiqam")
- Ana (B.Vahabzadə "Dar ağacı")
- Qadın (N.Hikmət "Kəllə")
- Kərbəlayi Fatma (C.Məmmədquluzadə "Ölülər")
kimi janr etibarı ilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb oldu. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıtmışdır.[4]
Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir.
Mükafatları
Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarını qazanmışdır.[5] Aktrisa 2014-cü ildə Şöhrət ordeni, 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.[6][7]
Filmoqrafiyası
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) - filmi səsləndirən: Mirvari nənə (Sədayə Mustafayeva)
- Atayevlər ailəsi (film, 1978)
- Bağ mövsümü (film, 1985)
- Balaca çoban (film, 1985)
- Bəyaz həyat (film, 2003)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Burulğan (film, 1986)
- Dantenin yubileyi (film, 1978)
- De ki, məni sevirsən! (film, 1977)
- Divar (film, 1991)
- Fədailər (film, 1986)
- "Fransız" (film, 1995)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Hər şey yaxşılığa doğru
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Kişilər (film, 1979)
- Köhnə bərə (film, 1984)
- Köhnə dəbli komediya (film, 1981)
- Kökdən düşmüş piano (film, 1982)
- Qafqaz (film, 2007)
- Qara "Volqa" (film, 1994)
- Qəm pəncərəsi (film, 1986)
- Qız qalası (film, 2000)
- Mehmanxana sahibəsi (film, 1978)
- Mezozoy əhvalatı (film, 1976)
- Mən sənin dayınam (film, 2001)
- Min birinci söz (film, 1997)
- Nə gözəldir bu dünya... (film, 1999)
- Odla qol-boyun (film, 2002)
- Onun bəlalı sevgisi (film, 1980)
- Ordan-burdan (film, 1987)
- Ölsəm... bağışla (film, 1989)
- Ötən ilin son gecəsi (film, 1978)
- Özgə ömür (film, 1987)
- Özgə vaxt (film, 1996)
- Park (film, 1983)
- Sarı gəlin (film, 1998)
- Sarıköynəklə Valehin nağılı (film, 1980)
- Şeytan göz qabağında (film, 1987)
- Təhminə (film, 1993)
- "Yapon" və yaponiyalı (film, 1990)
- Yaramaz (film, 1988)
- Yarasa (film, 1995)
- Yol əhvalatı (film, 1980)
- Yuxu (film, 2001)
- Zirzəmi (film, 1990)
İstinadlar
- femida.az. "Azərbaycanda xalq artisti evində ÖLÜ TAPILDI" (az.). Femida.az. 09.02.2018. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-09.
- A.M. "Xalq artisti dünyasını dəyişib" (az.). Oxu.az. 09.02.2018. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-09.
- Zərnigar Ağakişiyeva dəfn olundu - Qubada/Yeni Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine. teleqraf.com, 09.02.2018 (az.)
- "Ömrün fəsilləri. Zərnigar Ağakişiyeva". 2016-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-03.
- Mədəniyyət TV. "Xalq artisti Zərnigar Ağakişiyevanın ölümündən 6 il ötür" (az.). Youtube.com. 09.02.2024. İstifadə tarixi: 2024-02-09.
- ""Cəfər Cabbarlı" mükafatı təqdim olundu". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- "Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.