Zərgər (Füzuli)
Zərgər, Zərgar və ya Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Zərgər | |
---|---|
39°36′49″ şm. e. 47°06′42″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi.[1] 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponimikası
Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.[3]
Coğrafiyası və iqlimi
Zərgar kəndinin bir tərəfi Füzuli rayonuna bitişikdir. Cənubdan Fioletovka, qərbdən Kovşad kəndləri ilə əhatə edilmişdir.
İqtisadiyyatı
Zərgar kəndində üzümçülük və kənd təsərrüfatı ilə məşğul olublar.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
- "Füzulinin bu kəndləri də işğaldan azad edildi!". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427