Zərənc

ZərəncƏfqanıstan İslam Respublikasının Nimruz vilayətinin mərkəzi, qədim şəhər.

Zərənc
زرنج
30°57′36″ şm. e. 61°51′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 476 m
Saat qurşağı
Zərənc xəritədə
Zərənc
Zərənc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

İranın şərqində Əfqanıstan sırhəd-sınırını kəsən Hilmənd çayının sağ yaxasında yerləşir.

Etimologiyası

Zərənc (Zərəng) adını, Hilmənd çayının Zərəh (Hamun) gölünə töküldüyü geniş sahəyə verilən yunanca Zaranqiana (Zaranqa, Zaranka) və Qədim Fars dilində Dranqiana ismindən almışdır. Kəlimənin kökəni və mənası haqqında fərqli görüş və fərziyyələr olmaqla birlikdə Qədim Farscada “dəniz, böyük göl, böyük çay”, Yeni Farscada “dağın zirvəsi” anlamına gəldiyi qeyd edilir [1].

Tarixi

Zərənc Sasanilər dövründə Sistan bölgəsinin mərkəziydi və məhəlli hökmdarlar burada əyləşirdi. Zərənc və çəvrəsində Sasani hökmdarlarından II Şapur (309-379) və I Qubad (488-531) dönəmlərinə aid pullar tapılmışdır. V və VI əsrlərdə burada Sasanilərin Bizansa qarşı dəstəklədiyi Nəsturi xristianlarının bir piskoposluq mərkəzinin olduğu qeyd edilir [2].

Xəlifə Ömər dönəmində Asım ibn Amr və Abdullah ibn Umeyr komandasındakı İslam birlikləri Sistan bölgəsinə yürüdü (644). Burada məğlub etdikləri Sasani birliklərini təqib edərək Zərənci mühasirə edincə şəhər əhalisinin istəyi üzərinə bəlli miqdardakı vergi qarşılığında barış andlaşması bağlandı. Zərənc əhalisinin andlaşmanı pozması üzündən 650-ci ildə Bəsrə valisi Abdullah ibn Amir tərəfindən Sistan fəthləriylə vəzifələndirilən Rəbi ibn Ziyad əl-Harisi Zərənci mühasirə etdi. Şəhərin hakimi Pərviz Rəbi ilə, hər birinin əlində birər qızıl qədəh olan 2000 kölə vermək şərtiylə yeni anlaşma bağladı. Rəbi, Sistan bölgəsi fəthlərini tamamlayınca Zərəncə getdi və burada iki il qaldı [3]. 653-cü ildə Zərənc əhalisi üsyan edib müsəlman valini şəhərdən çıxardı; bunun üzərinə Abdullah ibn Amirin Sistan valiliyinə təyin etdiyi Əbdürrəhman ibn Səmürə 8000 nəfərlik bir ordu ilə Zərənci mühasirə etdi. Çətin durumda qalan şəhər əhalisi 2 milyon dirhəm və 2000 kölə verərək müsəlmanlarla təkrar barış bağladı. Əbdürrəhman bölgədəki digər şəhərləri ələ keçirdikdən sonra Zərəncə yerləşib İslamı yaymağa çalışdı. Ancak Əbdürrəhman xəlifə Osmanın şəhid edilməsi üzərinə Bəsrəyə dönüncə Zərənc əhalisi təkrar üsyan etdi. Həzrət Əli tərəfindən Sistana göndərilən Hasəkə ibn Attab əl-Həbati şəhərin mərzibanı ilə bir anlaşma bağlayaraq hakimiyəti yenidən bərpa etdi [4].

Müaviyə dönəmində təkrar Sistan valiliyinə gətirilən Əbdürrəhman b. Səmürə müsəlmanlar arasındakı siyasi mübarizələr üzündən üsyan etmiş olan şəhər əhalisini itaət altına alıb fəthlərini Kabilə qədər çatdırdı və Rəbi ibn Ziyad bölgə valiliyinə gəlincəyə qədər (666) bölgəni Zərənc şəhərindən idarə etdi. Bu arada Həsən Bəsri, Zərəncə gəlib üç il dərs verdi. Əbdürrəhman onun dərs verdiyi yerə şəhərin cümə camisini inşa etdirdi. Fəqət Əbdürrəhman ibn Səmürə kimi güclü bir valinin çıxarılmasının ardından bölgədə üsyanlar və qarışıqlıqlar yenidən başladı (666). Özəlliklə bölgənin fəthində iştirak etmiş olan Bəni Qeys, Bəkir və Təmim qəbilələri arasındaki güc mücadiləsini fürsət bilən Rutbil ünvanlı Kabil şahı üsyan edib Zərənc və çevrəsini ələ keçirdi [5]. Müsəlmanlar bu üsyanı yatırdıysa da aralarındakı mücadilələr üzündən Kabil şahı təkrar qiyam qaldırdı və vergi ödəməyi durdurdu. 670 və ya 671-ci ildə Rəbi ibn Ziyadın çıxarılmasından sonra vəzifəyə gətirilən vali, Rutbil ilə bir anlaşma bağladı. Ancaq Zərənc şəhəri və Sistan bölgəsindəki qarışıqlıqlar Əbdülməlik ibn Mərvan dönəmindən (685-705) Abbasilərin ilk illərinə qədər davam etdi.

Mənsurun 768-ci ildə Sistan valiliyinə təyin etdiyi Man b. Zaidə Rutbil ilə savaşıb bir çox qənimət və əsir ələ keçirdi [6]; ancaq Zərəncli bir xarici tərəfindən öldürüldü. Yerinə gələn Yəzid b. Məzyəd bölgədə basqıcı bir siyasət izləyincə işdən çıxarıldı. Kabilin Harunərrəşid zamanında 795-ci ildə fəthi və Məmun dönəmində də (813-833) Rutbilin müsəlmanlığı qəbul etməsiylə Zərənc və çevrəsində bir müddət sakit günlər yaşandı. Zərənc və çevrəsi Tahirilər dönəmində də bir çox xarici üsyanına sahnə oldu.

Həmçinin bax

İstinadlar

  1. İA, XIII, 538; EIr., VII, 536.
  2. EI² [İng.], XI, 458.
  3. Bəlazüri, s. 554-555.
  4. Yenə orda, s. 556.
  5. İbn əl-Əsir, IV, 463, 484-485.
  6. Tarix-i Sistan, s. 144

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.